İqtİsadİyyat

Dollar krediti olanlara - ŞAD XƏBƏR

Dollar krediti olanlara - ŞAD XƏBƏR
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanın icrasının təmin edilməsi məqsədilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğvetməsində olan banklarda vaxtı keçmiş kredit borclarının restrukturizasiyası üçün vətəndaşların ərizələri qəbul olunur.
Sfera.az "ölkə.az"a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun məlumatında bildirilib. 

Qeyd olunub ki, ləğv prosesində olan QSC "Bank Standard" KB, "Texnikabank" ASC, "Dəmirbank" ASC, "Dekabank" ASC, "Yunayted Kredit Bank" ASC, "Qafqaz İnkişaf Bankı" ASC, "Kredobank" ASC, "Atrabank" ASC, "Zaminbank" ASC, "Bank of Azerbaijan" ASC, "Royalbank" ASC, "Gəncəbank" ASC,

"Azərbaycan Kredit Bankı" ASC, "Evrobank" ASC, "Birlikbank" ASC, "Debütbank" ASC və "Borçalı" KB-nin müştəriləri ləğv prosesində olan "Dəmirbank" ASC-nin Bakı şəhəri, Qarabağ küçəsi, 31, ünvanında yerləşən "Əməliyyat İdarəsi" filialına vaxtı keçmiş kredit borclarının restrukturizasiyası ilə bağlı müraciət edə bilərlər.

Əlavə məlumat almaq üçün əlaqə nömrələri:

(012) 444-71-71 (daxili: 500). 

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031