“Deyir, atama nə olub, məndən gizlətməyin...” - İtkin pilotun oğlundan ÜRƏKDAĞLAYAN sözlər

“Deyir, atama nə olub, məndən gizlətməyin...” - İtkin pilotun oğlundan ÜRƏKDAĞLAYAN sözlər
 

"Biz Rəşadın salamat qayıdacağından ümidimizi kəsmirik. Əlimiz Allahın ətəyində dua eləyirik...”

Sfera.az xəbər verir ki, bu sözləri hazırda axtarışda olan Azərbaycan Hərbi Hava Qüvvələrinin qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevin qayınanası Məhbubə Hüseynova News24.az-a danışarkən deyib.

O bildirib ki, Rəşad Atakişiyevi tanıyan hər kəs tezliklə ondan yaxşı xəbər alacağından inamını kəsmir:

"Könül çox pis vəziyyətdədir. Dərmanla sakitləşdiririk. Qulağı səsdə xəbər gözləyir. Danışanların ağzına baxır. Deyir, Rəşad sağ-salamat qayıdacaq, başqa heç bir xəbəri qəbul eləmirəm”.

Məhbubə Hüseynova onlara sosial şəbəkədə başsağlığı verilməsindən də çox üzüldüyünü bildirib:

"Rəşadın şəklinin altından başsağlığı yazırlar. Rəsmi xəbər yoxdur. Hələ axtarışlar gedir. Axı niyə başsağlığı verirsiz? Ona "Allah rəhmət eləsin” deməyə necə diliniz gəlir? Axı, mənim balam hələ yol gözləyir?”

Məhbubə xanım onların dərdinə şərik çıxan hər kəsdən dua gözləyir:

"Hamıdan Rəşad üçün dua istəyirəm. Uşaqları hər şeydən xəbərsizdir. Onları yaxınlarımızın birinin evinə aparmışıq ki, gəlib-gedəni görməsinlər, danışılanları eşitməsinlər. Amma böyük oğlu çox həssasdır. Deyir, atama nə olub? Məndən gizlətməyin...  Amma biz onu aldadırıq. Deyirik, atan başqa yerə döyüşə gedib, tezliklə qayıdacaq”.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və Rəşad Atakişiyevin idarə etdiyi aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Müdafiə nazirinin tapşırığına əsasən, yaradılan komissiya qəzanın səbəblərinin araşdırır. 


OXŞAR XƏBƏRLƏR

Hər il 300 qətl: Dəbdəbəli kurort dünyanın ən təhlükəli yerlərindən biri seçildi

Möhtəşəm çimərlikləri, dünya səviyyəli kurortları və canlı gecə həyatı ilə tanınan Los Kabos Meksikanın ən məşhur istirahət yerlərindən biridir. Bununla belə, b...

Yalnız məşq üçün otaqdan çıxır: “Eurovision” iştirakçısı ölümlə hədələnir

İsraildən olan Eurovision iştirakçısı Eden Qolan bu gün “Eurovision" yarımfinalında çıxış edəcək.    Sfera.az bildirir ki, bütün...

“Avroviziya-2024”ün ikinci yarımfinalından - VİDEO

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına start verilib.   Sfera.az xəbər verir ki, Malmö ...

Müəmmalı işçi ölümləri: Son iki gündə qəzaya uğrayan təyyarələr

Türkiyəyə eniş edən "Boeing" təyyarəsinin təkəri partlayıb. Bu, istehsal nəhəngi tərəfindən cəmi iki gün ərzində texniki problem və ya qəzaya uğrayan ...

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Bu gün bütün türk dünyasının iftixarı, dünyaşöhrətli müdrik siyasi şəxsiyyət və görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu...

Bu ərazidə evlər plana düşdü - VİDEO

Bakının Xətai rayonu, Yusif Səfərov ünvanında yerləşən birmərtəbəli yaşayış evləri və obyektlər sökülür.   Sahibkarlar və sakinlər iddia edirlər ki, ...