Deputatın etdiyi əməliyyat zamanı tanınmış ekspertin həyat yoldaşı vəfat etdi - İTTİHAM

Deputatın etdiyi əməliyyat zamanı tanınmış ekspertin həyat yoldaşı vəfat etdi - İTTİHAM

"Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı həyat yoldaşının ölümünə görə Milli Məclisin deputatı, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudovu günahlandırır.

Mirvari Qəhrəmanlı açıqlamasında bildirib ki, o, xaricdə səfərdə olan zaman həyat yoldaşı Mürşüd Hacıyev Mərkəzi Neftçilər Xəstəxanasında ürəyindən əməliyyat edilib:

"Yoldaşım "Qum adası” Neft və Qazçıxarma İdarəsində çalışdığı üçün, onu əməliyyat edilməsi üçün Mərkəzi Neftçilər Xəstəxanasına göndərmişdilər. Ancaq Mərkəzi Neftçilər Xəstəxanasının tanınmlış həkimi Rəşad Mahmudovun və digər həkim heyətinin səhvi ucbatından həyat yoldaşımı itirdik. Yoldaşımı düzgün əməliyyat etməmişdilər. Mən səfərdən qayıdandan sonra bunu araşdırdım, yoldaşımı əməliyyat etmiş həkimlərə öz iradımı bildirdim. Bu zaman mənə dedilər ki, guya damarda tromb olub. Ona görə dünyasını dəyişib. Əslində, bu doğru deyil idi. Əgər tromb olubsa da, deməli damar düzgün seçilməyib. Rəşad Mahmudov yaxşı həkim kimi tanınıb. Ancaq gördüyünüz kimi, yaxşı həkimlərin də böyük səhvləri olur. Həyat yoldaşım həkim səhvi üzündən dünyasını dəyişib".

 

Hüquq müdafiəçisi hadisənin 2010-cu ilin may ayında baş verdiyini söyləyib:

 

"Mən o vaxtı da şikayətimi bildirmişəm. Açıq şəkildə dedim ki, siz həkimlərin işindən narazıyam. Yoldaşımın ölümünə səbəbkar sizsiniz. Mən uşaq deyiləm, hər şeyi gözəl anlayıram. Həkimlər yoldaşımı əməliyyat edən zaman məsuliyyətsiz davranıblar".

İttihamlarla bağlı deputat Rəşad Mahmudovun mobil telefonuna zəng etsək də, telefonlarımıza cavab verilməyib/demokrat.az



OXŞAR XƏBƏRLƏR

"Hücumlar artacaq, hətta növbəti aylarda..." - Ukrayna-Rusiya gərginliyi PİK HƏDDƏ

  “Baydenin göstərişi ilə Ukraynaya uzaqmənzilli “ATACMS” raketlər göndərilib. Lakin bu, Kiyevin tələbi ilə olmayıb”.  ...

Fransa və Almaniya ortaq tank layihəsi ilə bağlı anlaşma memorandumu İMZALADI

Fransa və Almaniya 2040-cı ilə qədər döyüş tankının birgə istehsalı layihəsinin növbəti mərhələsinə keçmək barədə razılığa gəliblər.   Sfera.az "...

Bakıda körpə eyvanda anasının qucağından düşərək ÖLDÜ- YENİLƏNDİ

Prokurorluq Bakıda körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı araşdırma aparır.   Sfera.az xəbər verir ki, aprelin 26-da saat 8 radə...

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...