Deputat Sarkisyanı ələ saldı: \"\"İsgəndər\"lər, \"xoda getməyən\" tanklar və \"Rekord\" televizoru...

Deputat Sarkisyanı ələ saldı: \

Ermənistan prezidenti Serj Sərkisyanın ötən bazar günü Dağlıq Qarabağda çıxışı zamanı Azərbaycanı "İsgəndər" raketləri ilə hədələməsinə elə onun öz ölkəsində istehza ediblər.

Müxalif deputat, "Çıxış" blokunun liderlərindən biri Nikol Paşinyan Sarkisyanın özünü Emənistanın təhlükəsizliyinə əsas təhdid adlandırıb, onun "İsgəndər" raketi ilə hədələməsini 80-ci illərin "Rekord" televizoronu "Panasonic"-in pultu ilə işə salmaq cəhdi ilə müqayisə edib.

Sfera.az virtualaz-a istinadən xəbər verir ki, Sarkisyan çıxışında ad çəkmədən Paşinyana da eyham vurmuşdu və aprelin 2-nə təyin olunmuş seçkilərdə "evlərin həyətlərində, avtoqarajların damında hoppanıb bacardıqda yüksəkdən qışqıranları yox, xalqın mövcudluğunu qoruyanları" seçmək lazım olduğunu demişdi.

Paşinyan isə Sarkisyandan sonra Vanadzorda seçicilərlə görüşündə deyib ki, xalqı bu uçurumdan çıxarmaq üçün onlar evlərin damında tullanmağa da hazırdırlar. "O, bizə deyir ki, bizim dama qalxmağımız xoşuna gəlmir. Lakin bağışlayın mən, bu gün Respublika partiyası elə adamların namizədliyini irəli verib ki, 10 il deputat olduqları vaxtda dama yox, heç tribunaya da qalxmayıblar. O zaman bu adamları təzədən niyə deputatlığa namizəd irəli sürmüşünüz?" -Paşinyan deyib.

 

Sarkisyanın hakim partiyanı Ermənistanın təhlükəsizliyinin təminati adlandırması və ali baş komandan kimi "lazım gəlsə gözünü belə qırpmadan" Azərbaycana qarşı "İsgəndər" raketlərini tətbiq edəcəyi haqda dediklərinə cavab olaraq Paşinyan deyib ki, hazırda Sərkisyanın özü Ermənistan üçün ən başlıca təhdiddir.

"İsgəndər" raketləri nə qədər müasir texnika olsa da o, ötən əsrin 80-ci illərinin "xoda getməyən" tankları ilə birlikdə vahid təhlükəsizlik sistemi ola bilməz. Bu, ona bənzəyir ki, kimsə 80-ci illərin sovet televizoru "Rekord"u "Panasonic"in məsafədən idarə etmə pultu ilə işə salmağa çalışır. Serj Sərkisyan Ermənistanın milli təhlükəsizliyini iflasa uğradıb və xalq onun təhlükəsizlik sahəsində xidmətlərindən imtina etməlidir", - müxalif deputat bildirib.


OXŞAR XƏBƏRLƏR

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...