Deputat Sadiq Qurbanov islahatlara dəstək olacağını bildirdi

Deputat Sadiq Qurbanov islahatlara dəstək olacağını bildirdi

Millət vəkili Sadiq Qurbanov ölkəmizdə aparılan islahatlara dəstəyini ifadə edib.


Sfera.az xəbər verir ki, deputat bu haqda özünün sosial şəbəkə hesabında yazıb:


Dəyərli dostlar,millət vəkili adını daşımaq şərəfli və bir o qədər də məsluliyyətli öhdəlikdir.

Möhtərəm cənab Prezidentin də dediyi kimi: "...Altıncı çağırış Milli Məclis uğurla fəaliyyət göstərəcək və beləliklə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəkdir. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir. Mənim tövsiyəm ondan ibarətdir ki, nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilsin...".

Mən də öz növbəmdə Prezidentimiz İlham Əliyev və Birinci vitse Prezident Mehriban xanım Əliyeva siyasətinə,apardıqları islahatlara dəstək olacağıma,ölkəmizin inkişafı və daha güclü olması üçün bütün bilik və bacarığımdan istifadə etməklə,xalqıma,millətimə və dövlətimə sədaqətlə, şərəflə xidmət edəcəyəm.


OXŞAR XƏBƏRLƏR