Müsahİbə

Dedi ki, əlçatmaz idin, ekrandan səni öpürdüm, indi isə...” - Aktyor Müşviq ilə müsahibə, FOTOLAR

Dedi ki, əlçatmaz idin, ekrandan səni öpürdüm, indi isə...” - Aktyor Müşviq ilə müsahibə, FOTOLAR
Aktyor Müşviq Şahverdiyev musavat.com saytının redaksiyasında qonaq olub.

Suallarımıza cavab verən aktyor ilə yeni yaradıcılıq işlərindən, kino sahəsindəki vəziyyətdən və ailə həyatından danışdıq: "Hazırda işlər çoxdur, evlənəndən sonra, ümumiyyətlə, vaxt çatdırmıram. Dostlarım da deyir, evləndikdən sonra üzünü görə bilmirik. Amma başa düşmürlər ki, işlərimiz çoxdur. Elvin Abdullayevin filminə çəkilməli idim, lakin alınmadı. Mənim üçün yazılan obrazı Fərda Xudaverdiyev canlandırır. Dostlarımızın filmidir. Adı "Əjdaha qayıdır”dır. Efirdəki layihələr maneələr yaratdığı üçün filmdə rol ala bilmədim. Hazırda film sektoru inkişafdadır. Film çəkə bilən də, bilməyən də  ortadadır. Ona görə fasilə verdim ki, çəkə bilənlər, bilməyənlər işlərini görsün. 2014-cü ildə "My name is İntiqam”, 2015-ci ildə "My name is İntiqam-2”, 2016-cı ildə "Gizlənpaç” filmini çəkdim. "My name is İntiqam-2”-dən başqa, digərləri uğurlu oldu”.

- "My name is İntiqam-1” illər sonra işıq üzü görən ilk film idi. Buna görə həm şanslı, həm riskli idi. Hər şey ola bilərdi. Sevildi, izləndi. Bəs ikinci film niyə tutmadı?

- Düz deyirsiniz, şanslı və riskli iş idi. Amma sevildi, bəyənildi. Zülmlə pul tapıb çəkdik, yaxşı nəticə verdi. Ikinci film isə daha asan oldu, amma istər maliyyə, istərsə də, sevilmə baxımdan ürəkaçan olmadı. Deyə bilərəm ki, pul itirdim. Açıq-saçıq zarafatlar çox idi. Düşündük ki, tamaşaçılarımız Türkiyə istehsalı filmlərdəki söyüşü qəbul edirlərsə, bunu da edəcəklər. Təəssüf ki, bizi qəbul etmədilər. Moldovaya getdik, 40-50 nəfərlik heyətlə çalışdıq. Mən oraya dollar aparmışdım, gəldim ki, dolların dəyəri artıb. Bu da mənə zərbə oldu. Sonra özümüzü topladıq, "Gizlənpaç”ı çəkdik, bəyənildi.  "My name is İntiqam”ın yarı büdcəsi ona xərclənilib. Gözəl nəticə verdi, razı qaldım. Ondan sonra başqa şirkətlə 3 illik müqavilə bağladım, vaxtı bu ilin may ayında bitir. Şirkətin son filmini çəkirik. Hazırda film sektorunda naşılar çoxdur. Mən isə heç vaxt bacarmadığım işə qol qoymamışam. Nə qazanmışamsa, işimdən qazanmışam. Film sektoru dirçələn kimi el-aləm buraya axışdı və başladı film çəkməyə. Biri deyir, 200 min tapdım, o biri deyir Rusiyadan dostum pul göndərəcək. 90-cı ildə İranla sərhəd açılanda kartof-soğan alveri artdı, hamı kartof-soğan əkirdi ki, satsın. İndi də film sahəsinə kartof-soğan alveri kimi baxırlar. Belə olmaz. Filmi çəkə bilən, ssenari yaza bilən qabağa düşməlidir. Peşəkarlar muncuq kimi  düzülməlidir. Gərək zəif tərəf olmasın. Təəssüf ki, peşəkarlıqdan uzaq çox iş var.

Снимок1.JPG (84 KB)

- Növbəti film gözlənilir?

- Düzünü deyim ki, "My name is İntiqam”ın üçüncüsünü çəkmək istəyirəm. Bu dəfə daha maraqlı, söyüşsüz, insanların bəyənəcəyi bir iş ərsəyə gətirəcəyik.

- Son dəfə rol aldığınız "Kəklikotu” filmi də uğurlu oldu...

- "Kəklikotu” Ənvər Abbasovun ideyası idi, mən çəkəcəkdim. Pul itirdiyim üçün CinemaPlusa satdım, onlar çəkdilər. Baş rolda da mən çəkildim. Nigar Camalı da mən təklif elədim. Çünki filmi mən çəksəydim də onu çağıracaqdım.

- Nigar Azərbaycan dilində yaxşı danışa bilmir, aktrisa deyil. Çoxları gözləyirdi ki, onun işi uğursuz olacaq. Amma əksinə oldu. Niyə məhz Nigar?

- Nigar Azərbaycan dilində şirin danışır. Bir az da dəlisovdur. Onu qiyabi tanıyırdım, münasibətim yox idi. Videolarına "İnstagram”da baxdım, düşündüm ki, bizim üçün ideal obrazdır. Digər aktrisalar  Azərbaycan dilində normal danışır, onlar filmə fərqlilik qatmayacaqdı. Nigarı pisləyəni görməmişəm. "Kəklikotu” filmi 5 aydır ki, kinoteatrdan çıxmır. Böyük nəticədir. "Ağ tük” filmi isə 2 aydır ki, kinoteatrlardır. Peşəkar işə qiymət verilir. Peşəkar olmayanlar uzaqlaşmalıdır. Onlar bir film üçün 150-200 min itirirlər. Bir kafe açıb, gəlir əldə edə bilərlər. 2014-cü ildən indiyə kimi 2 milyondan çox pul itib-batıb.

- Müşviq kimlərə gülür, kimlər Müşviqə gülmür?

- Ola bilər ki, bəzi tamaşaçıların zövqüncə deyiləm və onlar mənə gülmür. Bu cür halları normal qarşılayıram. Mənim də öz sevənlərim var. Çəkildiyim filmlərə ən azı 52 min insan baxıb.  "Kəklikotu” filminə 2 həftə əvvələ kimi 140 min baxış olub. Artıq o filmin ikincisini Dubayda çəkilməyi düşünürlər. Kimlərə güldüyümə gəldikdə isə Cabir İmanova çox gülürəm. Onun obrazları mənə ləzzət edir.

Снимок.JPG (74 KB)

- Müşviqi güldürmək asandır?

- Bəzən mənə deyirlər ki, səhnədə, efirdə şənsən, həyatda qaraqabaq və ciddisən. Mən səhnə ilə həyatı ayıran adamam. Gülməyin də yeri var. Kamera önündən çıxanda adi insanam. Maraqlı şeyə gülürəm. Vine-lara gülürəm.

- Bəzən gülüş məsələsini də qəlizləşdirirlər. "Filan kəsə güldünsə, intelektsizsən” kimi sözlər deyilir…

- İndi vaynerlər çoxalıb. Onlara güləndə də deyirlər ki, səviyyən aşağıdır. Düzdür, onlar arasında da səviyyəsiz videolar çəkənlər var. Amma çox maraqlı, güldürücü videolar çəkənlər də az deyil. Mənsuru çox bəyənirəm.

- Əvvəllər aktyorlar toylarda tamadalıq edib, gəlir əldə edirdi. Bu isə birmənalı qarşılanmırdı. Hazırda toylara gedirsiniz?

- Hər zaman toydan qazanmışıq. Toya gedənləri qınamıram. 1500-2000 manat pulu da toydan sonra bir yerdə görmüşük. Ondan artığını bir yerdə görməmişik. Bu gün  yaxşı aktyorlar yüksək qonorar ala bilir. Ağlımıza gəlməyən məbləği qazanırıq. Daha toya getmirəm, kimisə yarım saatlıq güldürmürəm. 2014-cü ilin iyunundan toya getmirəm. Toy repertuarını unutmuşam. Rusiyadan zəng edirlər ki, 5000 min dollar verirəm, biletini alıram, gəl. O pula ehtiyacım olsa da, getmirəm. Artıq arzuma çatmışam, film aktyoruyam.

Снимок2.JPG (63 KB)

- Toyda başınıza gələn ən qəribə hadisə nə olub?

- Bir dəfə toyda bir içkili  adam mənə yaxınlaşdı ki, səndən bir xahişim var, amma bilmirəm edərsən, ya yox. Dedim ki, bilmirəm, nə deyəcəksən. Öncə de, sonra cavab verim. Axır dedi ki, toya getmə də. Sən mənim üçün əlçatmaz idin, ekranda səni görəndə öpürdüm. Düşünürdüm ki, 1 dəfə görsəm, əlini sıxacam. Amma indi mənim üçün adiləşdin. Yalvarıram, getmə toya. Onun sözləri mənə pis təsir etdi, Masallıdan Bakıya maşın sürə-sürə o qədər dua etmişəm ki... İlkin Misgərli də yanımda idi, ona da danışdım. Dedi ki, çörək pulumuz bundan çıxır, nə edək? Bu məsələ 2014-cü ilin aprelində olub. 2014-cü ilin iyunundan film çəkməyə başladım, işlərim düzəldi. Allah dualarımı eşitdi.

- Ötən ilin yay aylarında Türkiyə istehsalı olan  "O kuş buraya gelecek” filmində rol aldınız. Sizcə, oktyabr ayında nümayişi gözlənilən filmə reaksiyalar necə olacaq?

- Peşəkar komanda çalışıb. Türkiyənin məşhur aktyoru Ufuk Özkan  həm sevilən simadır, həm də işini biləndir. Mən düşünürdüm ki, bizimkilərlə onlar uyuşmaz, amma elə olmadı. Təklif İstanbulda yaşayan, azərbaycanlı prodüser Təvəkkül Mehrəliyevdən gəldi. Orada "Artlema” adlı şirkət qurub, böyük işlər görür. Təklif mənə "Kəklikotu” filminin çəkilişləri zamanı gəldi. Mənim üçün maraqlı təklif idi, ona görə də İstanbula getdim. Filmin çəkiliş komandası ilə görüşdüm, ssenarini oxuyanda çətinlik çəkdim. Onlar mənə dəstək oldular. Dedilər ki, bacaracaqsan. Lakin bəzi kəlmələri deməyə çətinlik çəkirdim. İstanbuldan qayıdanda düşündüm ki, işin içinə girə bilməmişəm, ürəyimcə olmadı. Sonra içimdəki aktyorda maraq oyandı. 4 gün ərzində gecə-gündüz ssenarini oxudum. 5-ci günü çəkilişə gələndə  türk aktyorlarından geri qalmadım, Türkiyə türkcəsində əla danışdım. O qədər həyəcan, məsuliyyət yaşamamışdım.

- Filmdə Qəzənfər obrazını canlandırırsınız...

- Qəzənfər obrazını canlandırıram. Dünyanın bahalı quşlarını ölkələrdə satıram. Oteldə çalışan Haqqı hava limanından memarı qarşılamaqdan məni qarşılayır. Memarın yerinə keçirəm. Sevinirəm ki, Azərbaycan və Türkiyə kinoçuları gözəl iş gördülər. Ölkəmizdə komediya aktyoru çox olmasa da, məni seçdikləri üçün şadam. Rejissorumuz Xəyal Aslanzadə mənə çox inandı. Mən də onun inamını itirmədim. İnanıram ki, bu film karyerama yenilik gətirəcək.

Снимок3.JPG (56 KB)

- Son günlər sizinlə bağlı iki məsələ gündəmdədir: İzzət Bağırov, bir də Vasif Əzimov…

- İzzətlə uzun illərdir ki, dostuq. O gün də danışdıq. Biz zarafatlaşmışıq. Mən demişəm ki, İzzətin səsini komputerlə düzəldirlər. O isə deyib ki, Müşviq mənim çörəyimi yeyir, məni parodiya edib, məşhur olub. Bu iki dostun zarafatlaşmasıdır. Böyütmək lazım deyil. Vasif ilə də dostuq. Verilişdə deyişdik, meyxana dedik. Mən aktyor kimi cavab vermişəm. Həyatda ona "üzdən "matişka”ya oxşayırsan” desəm, əlbəttə, cavabı ağır olar. Bu, bir şou idi. Zarafatlaşdıq, bitdi. Meyxanada vulqar sözlər qəbul olunandır.

- Bir az da şəxsi həyatınızdan danışaq. Yeni ailə qurmusunuz. Xanımınızla tanışlıq necə oldu?

- Evlilik normaldır, 4 aydır ki, toyumuz olub. Hələ tam öyrəşməmişəm. Evləndikdən sonra oturuşuma-duruşuma, gəzişimə, ən vacibi telefona, "Facebook”a, "İnstagram”a, "Whatsappa”a diqqət edirəm ki, söz-söhbət olmasın. Amma yenə də olur. Başa salıram ki, məni qısqanmasın. Yoldaşım ali savadlı xanımdır. Hazırda magistraturada oxuyur. Bundan sonra 3 il də oxuyacaq. Istəyirəm ki, oxusun, başı dərslərə qarışsın. Karyerasını qurmağa dəstəyəm. Bakıda özəl kursda ingilis dili müəlliməsi işləyir. Fransız, rus, ingilis, ukrayn dillərini bilir.  Mən isə heç birini bilmirəm. Xanımımla ailə məclisində tanış olmuşuq. Bizi bir-birimizə məsləhət görüblər, amma sevib evlənmişik.

- Artıq xeyli çəki itirmisiniz. Bu, xanımınızın istəyidir, yoxsa...?

- Hər ikimizin istəyidir. Köklük adama əziyyət verir. Həm də istədiyim geyimləri ala bilmirəm. Pəhriz saxlayıb, gecələr meyvə yeyirəm. Arıqlamağa davam edəcəyəm.

Sfera.az

AdRiver
loading...

XƏBƏR LENTİ