Daha bir avtomobil yolunun tikintisi aparılır

Daha bir avtomobil yolunun tikintisi aparılır
Xızı rayonunun Giləzi–Xızı (34 km)–Fındığan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə və sürətlə yenidənqurma işləri aparılır.
 
Sfera.az xəbər verir ki, başlanğıcını respublika əhəmiyyətli Giləzi-Xızı avtomobil yolunun 34-cü km-dən götürən yerli əhəmiyyətli Fındığan yolunun uzunluğu 5 km-dir və IV texniki dərəcəlidir.
 
Kənd yolu əvvəllər torpaq-çınqıl örtüklü olub. Bu isə kənd əhalisinin xüsusən payız-qış aylarında rayon mərkəzinə gediş-gəlişində müəyyən çətinliklərə gətirib çıxarırdı. Lakın yolun əsaslı şəkildəDövlət Agentliyi tərəfindən yenidən qurulması ilə bu çətinliklər artıq geridə qalır.
 
Tikinti layihəsinə uyğun olaraq sözügedən yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilir.Yolun normativ eninin alınması üçün müxtəlif hissələrdə sol tərəfdə süxurların mexanizmlə kəsilməsi, həmçinin  yolun torpaq yatağının bərpası üçün yararsız qruntun qazılması və çınqıl materialı ilə yolun genişləndirilməsi işləri aparılır. Yeni yol yatağının tikintisi bitə ərazilərdə optimal qum-çınqıl qarışığından sitifadə edilərək isə yeni yol əsasının tikintisi də görülür.
 
Yolun altından suların ötürülməsini təmin etmək məqsədi ilə 64 paqon-metr dəmir boruların, həmçinin müxtəlif diametrli 162 paqon-metr dəmir-beton boruların quraşdırılması işləri də görülüb.
 
Texnoloji ardıcıllığa uyğun olaraq torpaq işləri bitəndən sonra asfaltlanma işlərinə başlanılacaq. Ümumilikdə yol boyu 30 min kv.m sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.
 
Layihəyə uyğun olaraq hərəkətin normal təşkili üçün yol boyu 2 yerdə avtobus dayanacağı tikiləcək, 23 ədəd yol nişanı və 200 ədəd siqnal dirəyi quraşdırılacaq.
 
Ümumilikdə sözügedən yolun yenidən qurulması avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla, həm də kənd təsərrüfatının inkişafına təkan verəcək, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq. 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

Bakıda mağazalardan birində qəribə hadisə yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbələlərdə yayılıb.   Belə ki, ...

İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını NƏZƏRDƏN KEÇİRİR

İrəvan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri (XİN) Ceyhun Bayramovun Qazaxıstanda görüşünün keçirilməsi imkanını nəzə...

Alimlər bu təhlükəli paraziti məhv edə bilən virus aşkarlayıblar

Vyana Universitetinin alimləri təhlükəli birhüceyrəli parazit "Naegleria fowleri" ilə mübarizədə faydalı olan nəhəng viruslar aşkar ediblər. ...

Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb.   Sfera.az bildirir ki, bu b...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində İŞTİRAK EDƏCƏK

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayıb.   Sfera.az-ın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyev Berlində apre...

Bakıda evdə meyit TAPILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyət...