Bu il icbari tibbi sığorta baş tutacaq- deputat nikbin danışdı

Bu il icbari tibbi sığorta baş tutacaq- deputat nikbin danışdı

"Cari il ərzində icbari tibbi sığortanın tətbiqi mümkündür, bir şərtlə ki, insanlar işlərinə vicdanla yanaşsın”

 

Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda hələ

 də icbari tibbi sığortanın həyata keçirilməməsinə münasibət bildirərkən Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü Araz Əlizadə deyib:

 

"Artıq icbari tibbi sığorta ilə bağlı qanun layihəsi hazırdır. Bu ildən başlayaraq proses həyata keçiriləcək. Bilirsiniz ki, pilot layihə olaraq bir neçə regionda proses həyata keçirilib. Baxaq görək nəticəsi necə olacaq. Bilirsiniz də, "tələsən təndirə düşər”. Pilot layihələr buraxılanda baxıb onun müsbət və mənfi cəhətlərinin nə olduğunu, harda səhv edildiyi, nələri düzəltmək lazım olduğunu görəcəyik”.

 

Deputatın fikrincə, sözügedən məsələ öz həllini elə formada tapmalıdır ki, insanları qıcıqlandırmasın:

 

"Yəni məsələ öz həllini elə şəkildə tapmalıdır ki, insanlarımızı qıcıqlandırmasın. Araşdırmalarıma görə, sözügedən qanun layihəsində qeyd edilən cəhətlər arasında müsbət amillər mənfi amillərdən çoxdur. Fikrimcə, cari ildə icbari tibbi sığortanın tətbiqi mümkündür.  İnsanlar öz borclarını vicdanla yerinə yetirsə, işlərinə vicdanla yanaşsalar, hər şey qaydasında həllini tapacaq”.

 

Qeyd edək ki, Azərbaycana qonşu ölkələrin demək olar hamısında icbari tibbi sığorta məsələsi artıq öz həllini tapıb. Gürcüstan da bu prosesə start verib.  Azərbaycanda isə hələlik ancaq pilot layihə olaraq bir neçə rayonda proses baş tutub. Keçən ilin sonlarına yaxın fikirlər səsləndi ki, 2019-cu ildə nəhayət icbari tibbi sığorta ölkəmizdə də artıq fəaliyyətə başlayacaq. Amma hələlik bu məsələdə bir irəliləyiş gözə dəymir.

 

ELÇİN


OXŞAR XƏBƏRLƏR

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

Bakıda mağazalardan birində qəribə hadisə yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbələlərdə yayılıb.   Belə ki, ...

İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını NƏZƏRDƏN KEÇİRİR

İrəvan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri (XİN) Ceyhun Bayramovun Qazaxıstanda görüşünün keçirilməsi imkanını nəzə...

Alimlər bu təhlükəli paraziti məhv edə bilən virus aşkarlayıblar

Vyana Universitetinin alimləri təhlükəli birhüceyrəli parazit "Naegleria fowleri" ilə mübarizədə faydalı olan nəhəng viruslar aşkar ediblər. ...

Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb.   Sfera.az bildirir ki, bu b...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində İŞTİRAK EDƏCƏK

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayıb.   Sfera.az-ın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyev Berlində apre...

Bakıda evdə meyit TAPILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyət...