Bu gün bürclər sizə nə vəd edir?

Bu gün bürclər sizə nə vəd edir?
 QOÇ – Günün ilk yarısını gərgin keçirsəniz də, özünüzü təmkinli aparmaqla gözlənilən xoşagəlməzliyi dəf edə biləcəksiniz. Sonrakı saatlarda sevindirici hadisələrin şahidi olacaqsınız.

BUĞA - Qarşınızda duran bu təqvimdə hansısa qeyri-adi və yeni işlərə başlamayın. Yaxşısı budur ki, əsas vaxtınızı mənzil şəraitində keçirəsiniz. Yalnız axşam saatlarında qonaq getmək olar.

ƏKİZLƏR - Nədənsə son vaxtlar sağlıq durumunuzla bağlı problemlər baş qaldırmaqdadır. Bu səbəbdən də özünüzə fikir verməli, qida rejiminə riayət etməlisiniz. Soyuq və spirtli içkilərdən uzaq olun.

XƏRÇƏNG - Demək olar ki, həftənin ən uğurlu gününü yaşayacaqsınız. Bir tərəfdən ailə-sevgi münasibətlərində, digər tərəfdənsə işgüzar sövdələşmələrdə vəziyyət xeyrinizə cərəyan edəcək.

ŞİR - Kifayət qədər uğurlu məqamlar yaşayacaqsınız. İştirakçısı olduğunuz hər bir proses yalnız zövqünüzlə uyğunluq təşkil edəcək. Özünüzə inamı artırmaqla uğurları yaxınlaşdırın. 

QIZ - Ümumi çalarlarına görə gərgin vaxt olsa da, özünüzü ələ almağı bacarmalısınız. Çünki qarşınızda duran perspektivlərə yetişmək üçün hansısa dedi-qoduya əhəmiyyət verməməlisiniz.

TƏRƏZİ - Həddindən ziyadə uğurlu vaxtdır. Ələlxüsus da axşam saatlarında bəxtiniz gətirə bilər. Həmkarlarınızla aranızda yaranmış soyuqluq da səngiyəcək. Amma bu gün təkliflərdən imtina etməlisiniz. 

ƏQRƏB - Əsas enerjinizi sevgi amilinə yönəldin. Çalışın ki, hər bir kəlmənizdə, hər bir ifadənizdə özünüzə qarşı rəğbət oyadasınız. İndiki sərt cəmiyyətdə kiminsə qəlbinə dəymək savab iş deyil.

OXATAN - Astroloji göstəricilər ümumi ovqatınızın yüksək olacağını bildirir. Maraqlı insanlarla rastlaşma ehtimalınız da böyükdür. Bununla yanaşı, bu gün uzaq yola çıxmağa dəyməz. 

OĞLAQ - Bürcünüzün ən uğurlu günlərindən birini yaşayacaqsınız. Düzdür, bu gün saat 12-ə qədər müəyyən gərginlik olsa da, sonrakı müddətdə ovqatınız çox yüksək olacaq. Sürpriz də gözlənilir.

SUTÖKƏN - Ulduzlar pulla bağlı məsələlərdə ehtiyatlı olmağı tövsiyə edir. Bir qədər qənaətcil olmağınız vacibdir. Kiməsə borc vermək və ya maliyyə sövdələşmələrinə girişmək yolverilməzdir.

BALIQLAR - Fəaliyyət dairənizi genişləndirmək üçün durmadan işə başlayın. Nəzərə alın ki, bu addım karyeranız üçün böyük əhəmiyyət daşıya bilər. Pul məsələlərində isə ehtiyatlı olun.

OXŞAR XƏBƏRLƏR

Sülh sazişi ən qısa zamanda imzalanmalıdır - ƏRDOĞAN 

Azərbaycanla Ermənistan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərd...

“Miss USA 2023” gözəllik kraliçası titulundan imtina etdi: Səbəb

“Miss USA 2023” seçilən 24 yaşlı Noelia Voyt sahib olduğu tituldan imtina etdiyini İnstaqramda elan edərək pərəstişkarlarını şoka salıb. Qız bu addı...

“Azərpoçt” sabah xüsusi rejimdə işləyəcək

Mayın 9-u Azərbaycanda qeyri-iş günü olsa da vətəndaşların poçt, maliyyə, “postcargo” və digər xidmətlərdən rahat istifadə edə bilməsi məqsədilə &ld...

Bu ərazilərdə yağış, Xınalıqda qar yağdı

Mayın 8-i saat 20:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.   Bu barədə Milli Hid...

Yer kürəsində 11 ay dalbadal rekord dərəcədə isti hava davam edib

2024-cü ilin aprel ayı Yer kürəsində ardıcıl 11-ci rekord istilik ayı olub. Sfera.az xəbər verir ki, Avropa İqlim Dəyişikliyi Xidməti "Copernicus&qu...

Bill Gates dünyanın ilk hidrogen yaxtasını 600 milyon dollara satır

Dünyanın ilk hidrogen superyaxtası 600 milyon dollardan çox qiymətə satışa çıxarılıb. Bu yaxta hidrogen yanacağı ehtiyatını -217 Selsi temperaturunda saxlamalıd...