Bir gündə 7 nəfər dənizdə boğuldu - VİDEO

Bir gündə 7 nəfər dənizdə boğuldu - VİDEO

 

 

Ötən gün Azərbaycanda qeyri-çimərlik ərazilərdə yeddi nəfər boğulub.

Oxu.Az-ın məlumatına görə, Bilgəh çimərliyində Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Hüseyn Əli oğlu Dadaşov, Abşeron rayon sakini, 1996-cı il təvəllüdlü Şamxal Zakir oğlu Ağayev, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Samir Rövşən oğlu Bağırov, 1996-cı il təvəllüdlü Asiman Ağaismayıl oğlu Cavadlı, Pirşağı çimərliyində Abşeron rayon sakini, 2003-cü təvəllüdlü Gülər Xəzər qızı Cəlilova və qardaşı, 2008-ci il təvəllüdlü Eldəniz Cəlilov, Goradil çimərliyində 1989-cu il təvəllüdlü Lamiyə Əli qızı Məmmədova suda boğulublar.

Onların meyitləri sudan çıxarılıb. 

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili saytımıza açıqlamasında bildirib ki, ölüm halları qeyri-çimərlik ərazilərində baş verib:

"FHN vətəndaşlara müraciət edir ki, nəzarətsiz ərazilərdə üzməsinlər. Küləkli havada dənizə girmək düzgün deyil. Son günlər küləkli havada suya girənlər çox olur və bəzi bədbəxt hadisələr baş verib.

Bu gün də havanın küləkli olmasına baxmayaraq, vətəndaşlar qeyri-çimərlik ərazisindən istifadə edirlər. Vətəndaşlar "Çimmək qadağandır” lövhəsinə məhəl qoymur və qeyri-çimərlik ərazisindən istifadə edirlər”.

Qeyd edək ki, təqdim etdiyimiz video Bilgəhdə qeyri-çimərlik ərazisində qeydə alınıb.



OXŞAR XƏBƏRLƏR

Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb.   Sfera.az bildirir ki, bu b...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində İŞTİRAK EDƏCƏK

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayıb.   Sfera.az-ın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyev Berlində apre...

Bakıda evdə meyit TAPILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyət...

"Mən qızımı oxuduram, yetkinlik yaşına çatmayıb" - Qaçırılan azyaşlının ATASI

Azərbaycanda daha bir qız qaçırılıb.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb. İctimai birlik qeyd edib ki, bununl...

Azərbaycanda bu xanım jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. ...

"Rusiya Paşinyanın may ayında baş tutacaq səfərini gözləyir" - Overçuk

Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak...