İqtİsadİyyat

Bank of Baku-dan kompensasiya alacaq müştərilərin diqqətinə!

Bank of Baku-dan kompensasiya alacaq müştərilərin diqqətinə!
Ölkənin aparıcı banklarından olan Bank of Baku, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında imzaladığı fərmanın icrası ilə əlaqədar müştərilərinə müraciət etdi.
Bank bildirdi ki, dollar krediti üzrə kompensasiya alacaq müştərilərə kompensasiya ödənişlərinin veriləcəyi filial və tarix haqqında məlumat SMS və ya zəng vasitəsilə təqdim ediləcək. Bununla da müştərilər banka gələrək vaxt itkisi yaşamadan, növbə üçün əlavə vaxt gözləmədən çox rahatlıqla kompensasiya ödənişlərini əldə edə biləcəklər. 
Telefon nömrəsini dəyişmiş müştərilərə isə Bankın 145 Məlumat Mərkəzinə zəng edərək, yeni əlaqə nömrəsini təqdim etmələri tövsiyyə olunur. 
Müştərilər xarici valyuta kreditləri üzrə hesablanmış kompensasiya məbləği və restrukturizasiya məlumatını Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi portala (https://pk.fimsa.az/az/kompensasiya) daxil olaraq əldə edə bilərlər. 
Problemli kreditlərin həlli ilə əlaqədar imzalanmış fərman ilə daha ətraflı məlumatı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının saytına -  https://www.fimsa.az daxil olaraq, kompensasiya və ya restrukturizasiya ilə əlaqədar suallarınıza isə Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və Bank of Baku-nun rəsmi veb səhifəsinə - https://bit.ly/2DiSE5e daxil olaraq cavab tapa bilərsiniz.

Daha ətraflı:

145 Məlumat Mərkəzi
www.bankofbaku.com  
www.facebook.com/bankofbaku 

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031