Balotelli məşqdən qovuldu

Balotelli məşqdən qovuldu

"Breşiya"nın futbolçusu Mario Balotelli komandasının son məşqindən qovulub.

Sfera.az qol.az-a istinadən xəbər verir ki, italiyalı hücumçu məşq zamanı baş məşqçi Fabio Qrosso və komanda yoldaşları ilə mübahisə edib. Bundan sonra çalışdırıcı hazırlığın bitməyinə yarım saat qalmış ona "Mario, çıx get" deyərək qışqırıb.

Məşqdən kənarlaşdırılan Balotellinin İtaliya A seriyasının 13-cü turunda "Roma" ilə matçın heyətində olub-olmayacağı məlum deyil.


OXŞAR XƏBƏRLƏR