Bakıda şadlıq evi 12 milyon manata satışa çıxarılıb – FOTO

Bakıda şadlıq evi 12 milyon manata satışa çıxarılıb – FOTO

 

Azərbaycanda 12 milyon manat dəyərində şadlıq evi satışa çıxarılıb.

Son vaxtlar şadlıq evlərinin satışa çıxarılması, sənət adamları arasında toyların olmaması ilə bağlı söhbətlər gəzir.

Əmlak üzrə ekspert Ramil Osmanlı AzNews.az-a açıqlamasında bildirib ki, xərclərin azaldılması kömək etmədikdə, ən yekun variant həmin əmlakın satışa çıxarılmasıdır:

"Əmlak gəlir gətirmirsə, onun uzun müddət saxlanılması bir tərəfdən həmin əmlakın dəyərinə mənfi təsir göstərir, digər tərəfdən isə sahibkara əlavə xərclər yaradır. 

Məsələn, şadlıq evinin ilk vaxtlar dəyəri 5 milyon manatdırsa, artıq işləmədiyi vaxtlarda onun dəyəri 30-40% azalır. Digər tərəfdən sahibkar orada müəyyən işçi qüvvəsi saxlayır, kommunal xərclər ödəyir. Bu da sahibkara əlavə yükdür. 

Optimallaşdırmada yeganə çıxış yolu işləməyən obyektin realizə olunması, yəni satışa çıxarılmasıdır. Bu da təbii prosesdir”.

R.Osmanlı şadlıq evinə 12 milyon manat məbləğində dəyər qoyulmasına da münasibət bildirib:

"Həmin əmlaka tikilən zaman müəyyən xərc çəkilib. Sahibkar heç bir halda onu çəkdiyi xərcdən aşağı qiymətə satmayacaq. 

Hətta ilkin mərhələdə 15% xərclərin üstünə gəlinir və bundan sonra obyekt bazara çıxarılır. Ola bilər ki, bu obyekt 20 milyona satışa çıxarılıb. 

Qiymət o vaxt real dəyər hesab olunur ki, alıcı ilə razılaşdırılsın. 12 milyon isə hələlik onun təklif qiymətidir. Təklif olunan dəyər heç bir vaxt real dəyər anlayışı daşımır”.


 

 

OXŞAR XƏBƏRLƏR

Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ

Günəş küləyinin sürətinin müsbət qütblü Yüksək Sürətli Tac dəliyi Axınlarının və TKA-ın təsiri ilə artacağı gözlənilir.   Şamaxı Astrofizika Rəsədxan...

Bu abituriyentlərə üzücü xəbər - Universitetə qəbul ola bilməyəcəklər

Hazırda abituriyentlər kritik dönəmdən keçirlər. Ali məktəbə qəbul imtahanının növbəti mərhələsinə sayılı günlər qalıb. İndi tələbə adını qazanmaq uğrunda yarış...

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin Baş katibinin köməkçi...

Bloqqer 26 “Tesla” avtomobilini pulsuz hədiyyə edəcək - FOTOLAR

MrBeast kimi tanınan amerikalı bloqqer Cimmi Donaldson 26 “Tesla” elektrik avtomobilini hədiyyə etmək qərarına gəlib. O, bunu 26 yaşı tamam olması m...

Dünyanın ən bahalı futbol klubunun adı AÇIQLANDI

“Sportico” idman biznes portalı dövrümüzün aparıcı futbol klublarının dəyəri ilə bağlı məlumatları dərc edib.   Sfera.az xəbər verir ki, ...

Tanınmış jurnalistə vəzifə verildi - FOTO 

Tanınmış jurnalist Ruslan Eldaroğluna vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.   Bildirili...