Bakıda ilk dəfə maneəli ekstremal yarış keçirilir

Bakıda ilk dəfə maneəli ekstremal yarış keçirilir

23 sentyabrda FHN Təlim-Tədris mərkəzində "Gilan Holdinq”in, Fövqəladə Hallar Nazirliyinin, Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin təşkilati dəstəyi ilə Bakıda ilk dəfə maneəli ekstremal yarışma keçiriləcək.

Maneələr xüsusi olaraq elə hazırlanıb ki, trasın keçməsində iştirakçıların bütün qrup əzələləri cəlb olunsun. "Mübarizlər” maneələrinin sırasında: əllə keçid qurğuları, kəndirlə fəth edilən asma divarlar, suya 5 metr hündürlükdən tullanma, eniş, ağır yük daşıma və digər çoxsaylı maneələr var. Maneələrin çoxu - taxta və metallardan hazırlanmış mürəkkəb konstruksiyalardır.

Komanda iştirakı üçün 5 km uzunluğu olan trası fəth etmək lazımdır. Çempionat iştirakçılarını isə 10 km-lik və 42 maneədən ibarət marşrut gözləyir.

Çətin marşrutu seçənlər çempionat iştirakçısı olmaqla 30 000 manat təşkil edən mükafat fondu uğrunda mübarizə aparacaqlar. İlk 10 yerin sahibi pul mükafatına layiq görüləcək.

Hər iki format üçün parking, idman və əyləncə fəaliyyəti təqdim edən fan-zona, konsert proqramı, duş kabinaları və geyinib-soyunma otaqları nəzərdə tutulub.

İdman formasından asılı olmayaraq yarışmada istəyən hər kəs iştirak edə bilər –sadəcə mubarizler.az saytında qeydiyyatdan keçmək kifayətdir.

Hal-hazırda maneəli yarışmalar bütün dünyada məhşurlaşan fəaliyyətlərdən biridir. Yeni idman növünə çevrilərək, bu yarışmalar artıq klassik idman növlərini geridə qoyur.

Dünyanın ən məhşur trendlərdən birinə qovuşmaq, idman və sağlamlıq festivalında əylənmək və həmfikirlərlə ünsiyyat yaratmaq üçün bu unikal şansı əldə etməyi sizə təklif edirik. (apa)

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Hər il 300 qətl: Dəbdəbəli kurort dünyanın ən təhlükəli yerlərindən biri seçildi

Möhtəşəm çimərlikləri, dünya səviyyəli kurortları və canlı gecə həyatı ilə tanınan Los Kabos Meksikanın ən məşhur istirahət yerlərindən biridir. Bununla belə, b...

Yalnız məşq üçün otaqdan çıxır: “Eurovision” iştirakçısı ölümlə hədələnir

İsraildən olan Eurovision iştirakçısı Eden Qolan bu gün “Eurovision" yarımfinalında çıxış edəcək.    Sfera.az bildirir ki, bütün...

“Avroviziya-2024”ün ikinci yarımfinalından - VİDEO

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına start verilib.   Sfera.az xəbər verir ki, Malmö ...

Müəmmalı işçi ölümləri: Son iki gündə qəzaya uğrayan təyyarələr

Türkiyəyə eniş edən "Boeing" təyyarəsinin təkəri partlayıb. Bu, istehsal nəhəngi tərəfindən cəmi iki gün ərzində texniki problem və ya qəzaya uğrayan ...

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Bu gün bütün türk dünyasının iftixarı, dünyaşöhrətli müdrik siyasi şəxsiyyət və görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu...

Bu ərazidə evlər plana düşdü - VİDEO

Bakının Xətai rayonu, Yusif Səfərov ünvanında yerləşən birmərtəbəli yaşayış evləri və obyektlər sökülür.   Sahibkarlar və sakinlər iddia edirlər ki, ...