Bakıda 24 yaşlı oğlan özünə 14 bıçaq zərbəsi vurdu

Bakıda 24 yaşlı oğlan özünə 14 bıçaq zərbəsi vurdu
Paytaxtın Yasamal rayonunda 24 yaşlı oğlan intihara cəhd edib.

Sfera.az bildirir ki, hadisə metronun "Nizami" stansiyası yaxınlığında baş verib.

1994-cü il təvəllüdlü Məhərrəmov Lətif Zülfü oğlu hələlik məlum olmayan səbəblərdən intihar etmək istəyib. O, küçədə qarın boşluğuna 14 bıçaq zərbəsi vuraraq özünü öldürməyə çalışıb. Yaralı hadisə şahidlərinin köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.(Report)

OXŞAR XƏBƏRLƏR