Bakı metrosunda cibgirlik edən şəxs tutulub

Bakı metrosunda cibgirlik edən şəxs tutulub
 

Bakı metrosunda cibgirlik edən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Sfera.az-a  verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Yaqubova oktyabrın 1-də metronun "Sahil” stansiyasında cibindən mobil telefonunun oğurlandığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər də analoji cinayətə görə məhkum olunmuş M.Məmmədov saxlanılıb.


OXŞAR XƏBƏRLƏR