Bakı-Ankara reysi bu qadına görə təxirə salındı - Fotolar

Bakı-Ankara reysi bu qadına görə təxirə salındı - Fotolar

Bu gün saat 16-da Bakıdan Ankaraya uçmalı olan təyyarə reysi təxirə salınıb.

Sfera.az xəbər verir ki, bu barədə Musavat.com-a həmin reyslə Türkiyənin paytaxtına uçmalı olan sərnişinlərdən biri məlumat verib.

Redaksiyay fotoşəkillər də göndərən oxucunun sözlərinə görə, reysin təxirə salınmasının səbəbi, daha dəqiqi, səbəbkarı bu şəkildə görünən qadındır. Bütün sərnişinlər yerində oturduqdan sonra təyyarə uçuşa hazrlanarkən bu qadın qəfildən fikrini dəyişib və uçmaq istəmədiyini bildirib. Qadın xəstə olduğunu, həyatında ilk dəfə təyyarəyə mindiyini, özünü pis hiss etdiyini və uçuşa dözə bilməyəcəyini deyib. Ona ilk tibb yardım göstərilib və müayinə olunub. Güman olunur ki, qadında aerofobiya (təyyarədə uçmaqdan patoloji qorxu) varmış və o, indi üzə çıxıb.

Bununla belə, beynəlxalq reyslərdə uçuşun təhlükəsizliyinə məsul olan şəxslər qadının son anda uçmaq istəməməsini ciddi qarşılayıblar. Qaydalara görə, əgər kimsə təyyarəni uçuşdan bir az öncə tərk edərsə, bütün sərnişinlər də təyyarəni tərk etməli, yüklər boşaldılmalı, təyyarə diqqətlə yoxlanılmalıdır. Həmin prosedurun həyata keçirilməsinə başlanılıb və bu, reysin iki saat gecikməsinə səbəb olub. Hazırda sərnişinlər və yüklər təkrar yoxlamadan keçirilir. 

Öz növbələrində həkimlər də xəstəni müayinə edərək yekun qərara gəliblər ki, qadın ürək xəstəsidir və uçuşla bağlı aşırı həyəcan onun həyatı üçün təhlükəli ola bilər.

Güman olunur ki, Bakı-Ankara reysi üzrə uçuş saat 18-də baş tutacaq.

 

 








OXŞAR XƏBƏRLƏR

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...