“Azərbaycanla bağlı başqa planımız var”

“Azərbaycanla bağlı başqa planımız var”

Futbol üzrə Slovakiya yığmasının baş məşqçisi Pavel Hapal dünən İordaniyaya 5:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyununu dəyərləndirib.

"Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan slovakiyalıların çalışdırıcısı yerli federasiyanın rəsmi saytına açıqlamasında ikinci hissədə daha yaxşı təsir bağışladıqlarını bildirib:

"Rəqibin müqavimət göstərəcəyini bilirdik. İlk hissə gözlədiyimiz kimi oldu. Müdafiədə müəyyən boşluqlar buraxdıq. Nəticədə əsəblərimizi cilovlamaqda çətinlik çəkdik. İkinci hissə tamam fərqli alındı. Düşünürdük ki, rəqibin mütəvimətini qıra bilərik. Deyərdim ki, istəyimizə çatdıq. Gənclərin oyunu yaxşı mənada təəccübləndirdi. Fasilədən sonrakı dəyişikliklər topa daha çox nəzarət etməyə və sürəti artırmağa hesablanmışdı”.

Hapal iyunun 11-də Bakıda millimizlə keçiriləcək oyuna da toxunub: "Yoldaşlıq matçında daha çox az oynayan futbolçuları iş başında görmək istəyirdik. Azərbaycanla bağlı başqa planımız var və bunu 3 gün sonra hamı görəcək. Bu, həm Bakı səfəri üçün heyət, həm oyunla bağlıdı".

Qeyd edək ki, iyunun 11-də 8-ci km stadionunda keçiriləcək Azərbaycan - Macarıstan oyununa saat 20:00-da start veriləcək.


OXŞAR XƏBƏRLƏR

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

Bakıda mağazalardan birində qəribə hadisə yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbələlərdə yayılıb.   Belə ki, ...

İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını NƏZƏRDƏN KEÇİRİR

İrəvan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri (XİN) Ceyhun Bayramovun Qazaxıstanda görüşünün keçirilməsi imkanını nəzə...

Alimlər bu təhlükəli paraziti məhv edə bilən virus aşkarlayıblar

Vyana Universitetinin alimləri təhlükəli birhüceyrəli parazit "Naegleria fowleri" ilə mübarizədə faydalı olan nəhəng viruslar aşkar ediblər. ...

Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb.   Sfera.az bildirir ki, bu b...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində İŞTİRAK EDƏCƏK

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayıb.   Sfera.az-ın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyev Berlində apre...