\"Azərbaycanın sammittə qatılması Rusiyaya bir mesajdır\" - Politoloq

\
"Səudiyyə Ərəbistanı ona yaxın olan müsəlman ölkələrini ABŞ prezidenti Donald Trampa göstərmək üçün yığmışdı. Və tək olmadığını, arxasında böyük kütlə olduğunu sübut etdi"
 
 

Bu sözləri Sfera.az-a ABŞ Prezidenti Donald Trampın Səudiyyəyə səfəri, Ərəb-İslam-Amerika Sammiti və Azərbaycanın bu tədbirdə iştirakını şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

Politoloqun sözlərinə görə, Azərbaycanın Səudiyyə ilə münasibətləri olduqca yaxşıdır:
"Səudiyyənin əsas siyasətlərindən biri anti-İran siyasətidir. Bu görüşün digər məqsədi sammitə qatılan ölkələri İrana qarşı yönəltmək idi.  Sammitdə hər hansı bir sənəd imzalanmadı. Ancaq müsəlman sivilizasiyasının terrorla heç bir əlaqəsinin olmamasına dair bəyanat xüsusi əhəmiyyətli idi. İslam mədəniyyətinin terrorla heç bir əlaqəsi yoxdur. İslamı terrorla bağlamaq siyasi məqsədlər naminə edilir. Bundan başqa, Azərbaycan sammitdə iştirak etməklə göstərdi ki, seçim imkanları genişdir və siyasi istiqamətini dəyişə bilər. Hətta Azərbaycanın samittə qatılmasını Rusiyaya bir mesaj kimi də hesab etmək olar".

Gülnarə Eynullaqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının qalibi OLDU

Bu il 36 azərbaycanlı tələbə 2024/2025-ci tədris ili üçün İsveç İnstitutunun Qlobal Peşəkarlar üçün Təqaüd Proqramının qalibi olub.   Sfera.az bu bar...

Xalq artistinin konsertində izdiham yaşandı - VİDEO

Xalq artisti Tünzalə Ağayeva Dənizkənarı Milli parkda baş tutan xalq konsertində iştirak edib. Sferaz.az xəbər verir ki, pop ulduz həmin gecə üçün ağ libas...

Paşinyan: "Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir"

“Elə bir məqama gəlib çatmışıq ki, hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir”.   Sfera.az “news.am”a i...

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. &nbs...

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qra...

“ByteDance” şirkəti QƏRARINI VERDİ: ""TikTok"u satmırıq!"

Çinin “ByteDance” şirkəti “TikTok” video paylaşma platformasını satmayacağına dair açıqlama verib.   Sfera.az xatırladır ki, ...