Krİmİnal

Azərbaycanda DƏHŞƏT: Sərxoş ata ailəni təhqir etdi, oğlu tərəfindən öldürüldü

Azərbaycanda DƏHŞƏT: Sərxoş ata ailəni təhqir etdi, oğlu tərəfindən öldürüldü
Kürdəmirdə atasını öldürməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Mətləb Nizamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Mətləb Nizamov 27 iyun 2016-cı ildə, saat 22 radələrində Bakı şəhərində olarkən arvadı Samirə Nizamova ona zəng edib.

Samirə Nizamova ərinə atasının spirtli içki qəbul edərək onları incitdiyini, nalayiq ifadələrlə təhqir etdiyini, özünü evdəkilərə qarşı aqressiv apardığını bildirib.

Atadan ailəyə qarşı hörmətsizlik

Bundan sonra Mətləb Nizamov iyunun 28-də, saat 17 radələrində Bakı şəhərindən Kürdəmir rayonuna evlərinə qayıdıb. O, həyətə girərkən atası Əflatunun sərxoş vəziyyətdə, əlində araq şüşəsi orada oturduğunu görüb.

Mətləb Nizamov qışqıra-qışqıra atasına "sən nə istəyirsən bu ailədən, niyə qoymursan rahat yaşayaq", - deyib. Bu zaman Əflatun ona "hamınızı qıracağam, öldürəcəyəm" deyərək cavab verib.

Səs-küy, dava

Həmin vaxt səs-küyə qonşuluqda yaşayan Mətləbin əmisi qızı Xalidə Məmmədova gəlib. Xalidə əmisi Əflatundan bu ailədən nə istədiyini soruşub. Əflatun bu zaman Xalidəni də təhqir edib.

Daha sonra Mətləb Nizamov atasından başqa anası Məlahət Nizamova, əmisi qızı Xalidə Məmmədova, arvadı Samirə Nizamova ilə birlikdə evə girib, televizorda yayımlanan seriala baxıblar.

Təhqiramiz ifadələr

Təxminən 10 dəqiqə sonra Əflatun həyətdən onların ünvanlarına ucadan nalayiq ifadələr işlədib. Sonra həyətdə olan baltanı götürərək evə daxil olub.

Əflatun baltanı onlara atan zaman Mətləb ayağa qalxaraq atasının sol qolunu tutub və burduğu vaxt anası Məlahət və əmisi qızı Xalidə baltanı Əflatunun əlindən zorla alıb.

Sonra Əflatunu həyətə çıxıb. onlar yenidən seriala baxmağa davam ediblər. Təxminən 15-20 dəqiqədən sonra yenidən Əflatunla Mətləbin arasında mübahisə düşüb.

Əlbəyaxa dava və qətl

Mübahisə zamanı onların səsinə Məlahət həyətə çıxıb. Həmin vaxt Əflatun Mətləbin boğaz nahiyəsindən yapışıb və əxlaqsız ifadələr işlədib.

Atasının bu hərəkətlərinə dözməyən Mətləb orada olan bıçağı götürüb və anasının gözləri qarşısında atasına bir neçə bıçaq zərbəsi vurub. Əflatun Nizamov hadisədən bir

qədər sonra öz oğlunun və qohumlarının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ixtisaslı tibbi yardım göstərilməsinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

İstintaq orqanı tərəfindən Mətləb Nizamovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.
"Arvadıma təmkinli olmasını dedim"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mətləb Nizamov bildirib ki, valideynləri, arvadı Samirə və iki azyaşlı qızları ilə birgə atasına məxsus evdə yaşayıb: "Fotoqraf kimi müxtəlif restoranlarda işləmişəm, toylarda iştirak etmişəm. İyunun 26-da bir neçə günlük fəhlə kimi işləmək üçün Bakı şəhərinə getdim. Ertəsi gün Buzovna qəsəbəsində iş tapdım. Həmin gün saat 22 radələrində arvadım Samirə atam Əflatunun mobil telefonu ilə mənə zəng edərək bildirdi ki, "atan sən gedəndən hər gün spirtli içki qəbul edir, bizi nalayiq ifadələrlə təhqir edir, əlinə evdə nə keçirsə bizə atır, özünü evdəkilərə qarşı aqressiv aparır". Samirəyə bir az təmkinli olmalarını, tezliklə rayona qayıdacağımı, atamı sakitləşdirəcəyimi və onları özümlə Bakı şəhərinə aparacağımı dedim".

"Anamı və məni təhqir etdi"

Mətləb Nizamov qeyd edib ki, iyunun 28-də, saat 15 radələrində Bakı şəhərindən Kürdəmir rayonuna yola düşüb, saat 17 radələrində yaşadığı evə gəlib: "Həyətə girərkən atamın həyətdə oturub alça meyvəsi ilə əlində araq butulkası spirtli içki qəbul etdiyini gördüm. Ucadan qışqıra-qışqıra atama "sən nə istəyirsən bu ailədən, niyə qoymursan rahat yaşayaq? səhər ailəmi də götürüb Bakı şəhərinə gedəcəyəm", - deyə bildirdim. Atam isə cavabında "hamınızı qıracağam, öldürəcəyəm", - deyə cavab verdi. Sonra atam anamı, məni, ailəmi nalayiq ifadələrlə təhqir etdi. Səsə qonşuluqda yaşayan əmim qızı Xalidə Məmmədova bizə gəldi. Xalidə məndən nə baş verdiyini soruşdu. Atamın bizi bezdirdiyini, dinc yaşamağa qoymadığını, bütün günü ailəmi, anami təhqir etdiyini, özünü idarə edə bilmədiyini bildirdim. Xalidə atamdan bu ailədən nə istədiyini soruşarkən, atam Xalidəni də təhqir etdi".

"Seriala baxmağa davam etdik"

Mətləb Nizamov qeyd edib ki, həmin vaxt həyətdə olan arvadı Samirə, əmisi qızı Xalidə və anası Məlahət evə keçiblər: "Evdə oturaraq televizora baxarkən atam uca səslə ünvanımıza nalayiq ifadələrlə söyüşlər söyə-söyə həyətdən götürdüyü balta ilə evə girdi. Atam baltanı bizə tərəf atmaq istəyən zaman cəld şəkildə ayağa qalxdım, onun əlini tutaraq qolunu burdum. Anam və əmim qızı Xalidə isə baltanı atamın əlindən aldı. Atamı həyətə çıxardaraq onu sakitləşdirdim. Yenidən evə daxil olaraq televizorda seriala baxmağa davam etdik".

"Nalayiq ifadələrlə atamı söydüm"

Mətləb Nizamov bildirib ki, təxminən 15-20 dəqiqədən sonra həyətə ayaqyoluna düşən zaman orada oturan atası Əflatun onu görüb və üstünə hücum çəkib, söyüşlər söyə-söyə sol əli ilə onun boğaz nahiyəsindən yapışaraq buraxmayıb: "Atamın bu hərəkətləri məni bərk əsəbiləşdirdi və hövsələdən çıxartdı. Mən də nalayiq ifadələrlə atamı söydüm. Səsimizə anam evdən həyətə çıxdı. Bu zaman həmin vaxt pilləkənin yanında olan dolabın üstündəki mətbəx bıçağını götürdüm və atadan məndən əl çəkməsi üçün onun qarın nahiyəsinə bıçaqla bir dəfə vurdum. Anam hadisəni görüb həyəcanlı şəkildə mənə "ay bala nə etdin?, atanı niyə bıçaqladın?" deyə bildirdi".

Təqsirləndirilən şəxs ifadəsinin sonunda atasını xəstəxanaya aparımasından, xəstəxanada atasının ölməsindən və polisə könüllü təslim olmasından danışıb. O, atasını öldürüdüyünə görə peşman olduğunu söyləyib.

Cinayət işi üzrə mərhumun qızı İntizar hüquqi varis qismində tanınıb. Ailəsi ilə birgə Şəmkir rayonunun Sabirkənd kəndində yaşadığını deyən İntizar Nizamova qətl hadisəsinin anasından eşidib. O, da atasının içki düşkünü olduğunu, evdə dava-dalaş saldığını deyib. Hüquqi varis qardaşından şikayətçi olmadığını söyləyib.

Qatil oğula 10 il 6 ay cəza

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mətləb Nizamov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Mətləb Nizamov apelyasiya şikayəti verib.

Maraqlıdır ki, Mətləb Nizamov apelyasiya şikayətində günahsız olduğunu, atasının özü qarın nahiyəsinə xəsarət yetirərək, intihar etdiyini söyləyib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Hüquqi varis İntizar Nizamova da qardaşının atasını öldürmədiyini, ona bəraət verilməsini istəyib.

Təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Mətləb Nizamovun apelyasiya şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan Mətləb Nizamov bu yaxınlarda kasasiya şikayəti verib. Onun şikayətinə Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrlik etdiyi kollegiyada baxılıb.

Hakim heyəti kasasiya şikayətini araşdıran zaman həbsxanada cəza çəkən Mətləb Nizamov məhkəməyə məktub ünvanlayıb. O, şikayətini geri götürdüyünü göstərib. Onun öz istəyi ilə kasasiya şikayəti araşdırılmayıb və baxışdan çıxarılıb.Publika 
AdRiver
AdRiver

XƏBƏR LENTİ

«    Yanvar 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031