Azərbaycanda boşananların sayı artıb - RƏSMİ

Azərbaycanda boşananların sayı artıb - RƏSMİ

Cari ilin doqquz ayı ərzində Azərbaycanda 46 min 898 nikah və 12 min 713 boşanma halları qeydə alınıb.

Sfera.az  xəbər verir ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikah sayı (6,3) eyni olsa da, boşanmaların sayı 1,5-dən 1,7-yə qədər artıb.

Bu o deməkdir ki, 2018-ci ilin yanvar-sentyabr ayları ərzində qeydiyyat şöbələri tərəfindən 45977 nikah və 11102 boşanma halları qeydə alınıb

 

Boşanan cütlüklər arasında nikah müddəti beş ilə qədər davam edənlər (5296) üstünlük təşkil edir. 

Boşananlar arasında kişilərin yaş ortalaması 30-34, qadınların isə 25-29 olaraq qeydə alınıb. (oxu.az)


OXŞAR XƏBƏRLƏR