Azərbaycan XİN Yaponiya xalqına başsağlığı verib
14:36 / 19.07.2019
3001
Azərbaycan Xarici İşlər Nazirliyi Yaponiyanın Kioto şəhərində animasiya studiyasında baş vermiş yanğın zamanı ölənlərin ailələrinə başsağlığı verib.
Bu barədə XİN-in "Twitter” mikrobloqunda deyilir.
Məlumatda deyilir: "Yaponiyanın Kioto şəhərində animasiya studiyasında baş vermiş yanğında həyatını itirənlərə görə kədərlənirik. Yaponiya xalqına, yanğın zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralılara isə şəfa diləyirik”.