Azərbaycan və Serbiya prezidentlərinin təkbətək görüşü keçirildi

Azərbaycan və Serbiya prezidentlərinin təkbətək görüşü keçirildi
Azərbaycan prezidenti İlham Əliyevin Serbiya prezidenti Aleksandr Vuçiçlə təkbətək görüşü olub.

Sfera.az-ın məlumatına görə, görüşdə Azərbaycanla Serbiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Ölkələrimiz arasındakı əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib.

Serbiya prezidenti Aleksandr Vuçiçin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verəcəyi diqqətə çatdırılıb.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR