\"Araz və Zərdüşt Əlizadə farsdır, onların atası...\" - Hafiz Hacıyev

\
 
Xatırladaq ki, bu yaxınlarda Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, Milli Məclisin deputatı Araz Əlizadə Bakını işğaldan azad edən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa haqqında qalmaqallı fikirlər səsləndirib.

Onun "Erməniləri bizim üstümüzə salan elə Osmanlı idi. Sonradan isə xilas etdilər. Bu faktı unutmayın. Nuru paşa Gəncədə oturmuşdu və ona qızıl gələnə qədər yerindən tərpənmirdi. Hacı Zeynalabdin Tağıyev Nuru Paşaya faytonla qızılı çatdırandan sonra o, Gəncədən Bakıya doğru hərəkət etdi” deməsi cəmiyyətdə haqlı etirazlara səbəb olub. Onun bu fikirlərinə etiraz edən Müasir Müasir Partiyasının sədri Hafiz Hacıyev məsələ ilə bağlı saytımıza özəl olaraq açıqlama verib.

O qeyd edib ki, Araz və Zərdüşt Əlizadənin mənşəyi farsdır. Onların ataları Mübariz Müəllim universitetdə dərs keçirdi və o vaxt SSRİ KQB-sinin məşhur məxfi simalarından olub. Bunu Azərbaycan xalqı birmənalı olaraq bilməlidir. Ona görə də farslar heç vaxt Azərbaycan xalqına qarşı normal münasibət göstərməyiblər. Bunu tarix göstərir. Həm də Jirnovskinin  açıqlaması bunu göstərir. O Rusiyapərəst qüvvədir. Araz çox gözəl bilir ki, Azərbaycanı o vaxt Rusiyapərəst qüvvələrin əlindən Türk ordusu xilas edib. Bu iki qardaş həmişə xarici dövlətlərin maraqlarına işləyiblər. Onlarda heç vaxt milli maraqlar olmayıb. Buna görə də düşünürəm ki, günah Arazda deyil onu deputat təyin edəndədir. Əgər Parlamentimiz parlament olsa onu ora kimin təyin etdirməsindən asılı olmayaraq mandatını ləğv etməlidir.

Ordakı deputatlara mən üzümü tutub deyirəm ki, Araz oturan binanın havasını udmasınlar. Əgər orda olan deputatların milli qüruru varsa onlar gərək onunla eyni məclisdə oturmasınlar, Milli Məclisdən tələb etsinlər ki, Nuru Paşaya  böhtan atan adamın mandatı ləğv olunsun.

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...