Alpinistlərin rabitə vasitələri ilə axtarışına dair Nazirlikdən RƏSMİ CAVAB

Alpinistlərin rabitə vasitələri ilə axtarışına dair Nazirlikdən RƏSMİ CAVAB
 "Gilavar" - hava və ekstrim idman klubunun üzvlərinin rabitə vasitələri əsasında yerlərinin müəyyən edilməsinə dair Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət daxil olmayıb.

Sfera.az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, dekabrın 23-də Tufandağ istiqamətində yürüşə çıxan və itkin düşən "Gilavar" - hava və ekstrim idman klubunun üzvlərinin rabitə vasitələri əsasında yerlərinin müəyyən edilməsinə dair Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət daxil olmayıb:

 
"Eyni zamanda, qeyd etmək istərdik ki, həmin şəxslərin sonuncu dəfə hansı məntəqədə rabitə vasitələrindən istifadəsini, baza stansiyası ilə rabitə qurğusuna qədər olan məsafəni müəyyən etmək üçün Nazirliyin və tabelindəki telekomunikasiya müəssisələrinin araşdırma aparmağa texniki imkanları yoxdur. Əlavə olaraq qeyd etmək lazımdır ki, bu cür araşdırma işlərinin aparılması hüquq-mühafizə orqanlarının səlahiyyətindədir".

Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatza

OXŞAR XƏBƏRLƏR

İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını NƏZƏRDƏN KEÇİRİR

İrəvan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri (XİN) Ceyhun Bayramovun Qazaxıstanda görüşünün keçirilməsi imkanını nəzə...

Alimlər bu təhlükəli paraziti məhv edə bilən virus aşkarlayıblar

Vyana Universitetinin alimləri təhlükəli birhüceyrəli parazit "Naegleria fowleri" ilə mübarizədə faydalı olan nəhəng viruslar aşkar ediblər. ...

Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb.   Sfera.az bildirir ki, bu b...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində İŞTİRAK EDƏCƏK

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayıb.   Sfera.az-ın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyev Berlində apre...

Bakıda evdə meyit TAPILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyət...

"Mən qızımı oxuduram, yetkinlik yaşına çatmayıb" - Qaçırılan azyaşlının ATASI

Azərbaycanda daha bir qız qaçırılıb.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb. İctimai birlik qeyd edib ki, bununl...