Dünya

Aİ Rusiyaya tətbiq etdiyi sanksiyaların müddətini uzatdı

Aİ Rusiyaya tətbiq etdiyi sanksiyaların müddətini uzatdı
Avropa İttifaqı Şurası Krım və Sevastopolun Rusiya tərəfindən ilhaqı ilə əlaqədar tətbiq etdiyi sanksiyaların müddətini daha 1 il uzadıb.
 
Brüsselin sanksiyaları Aİ vətəndaşları və şirkətlərinin Krımdan mal idxal etməsini, yarımadaya investisiya yatırmasını, turizm xidmətləri göstərilməsini, Krıma nəqliyyat, telekommunikasiya və energetika avadanlıqları, o cümlədən neft, qaz, faydalı qazıntıların hasilatı və emalı ilə bağlı texnologiyaların ixracını qadağan edir. Texniki yardım, vasitəçi xidmətləri, tikinti-mühəndislik xidmətləri də qadağandır.

Xatırladaq ki, 2014-cü ilin martında Ukraynanın Krım Muxtar Respublikasının Rusiya tərəfindən ilhaqından sonra Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar tətbiq edib.(APA)

XƏBƏR LENTİ