“AFB Bank” 3-cü rüb üzrə maliyyə göstəricilərini AÇIQLADI

“AFB Bank” 3-cü rüb üzrə maliyyə göstəricilərini AÇIQLADI
 

"AFB Bank” ASC 2019-cu ilin yanvar-sentyabr dövrünü (9 ayını) 4 milyon 385 min manat xalis mənfəət ilə başa vurub.

Bankın maliyyə hesabatlarına əsasən 2019-cu ilin yanvar-sentyabr dövründə "AFB Bank”ın cəmi gəlirləri 29 milyon 146 min manat, cəmi xərcləri 16 milyon 475 min manat təşkil edib. Bankın gəlirləri xərclərini üstələdiyindən 12 milyon 671 min manat əməliyyat mənfəəti yaranıb. Əməliyyat mənfəətinin 8 milyon 286 min manatı mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayrılıb və nəticədə bank 4 milyon 385 min manat xalis mənfəət əldə edib.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-sentyabr dövründə "AFB Bank”ın cəmi gəlirləri 34 milyon 866 min manat, cəmi xərcləri 16 milyon 366 min manat və nəticədə əməliyyat mənfəəti 18 milyon 500 min manat təşkil etmişdi. Bank əməliyyat mənfətinin 11 milyon 38 min manatını ehtiyata ayırdığından həmin dövrü 7 milyon 461 min manat xalis mənfəət ilə bağlamışdı.

2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr dövründə "AFB Bank”ın qeyri-faiz gəlirləri artıb, faiz xərcləri azalıb. Bankın aşağı xərclə daha böyük məbləğdə əməliyyat mənfəəti əldə etməsi diqqəti cəlb edir.

BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

2018-ci ilin sonu ilə müqayisədə "AFB Bank”ın cəmi aktivləri 165 milyon 743 min manat artaraq 30 Sentyabr 2019-cu il tarixində 583 milyon 273 min manata, müştərilərə verilən kreditlər isə 90 milyon 312 min manat artaraq 284 milyon 617 min manata çatıb.  

Ötən ilin sonu ilə müqayisədə "AFB Bank”da depozitlər 180 milyon 745 min manat artaraq 382 milyon 656 min manata yüksəlib.

30 Sentyabr 2019-cu il tarixində "AFB Bank” 78 milyon 444 min manat cəmi balans kapitalına malik olub. (marja)



OXŞAR XƏBƏRLƏR

"Hücumlar artacaq, hətta növbəti aylarda..." - Ukrayna-Rusiya gərginliyi PİK HƏDDƏ

  “Baydenin göstərişi ilə Ukraynaya uzaqmənzilli “ATACMS” raketlər göndərilib. Lakin bu, Kiyevin tələbi ilə olmayıb”.  ...

Fransa və Almaniya ortaq tank layihəsi ilə bağlı anlaşma memorandumu İMZALADI

Fransa və Almaniya 2040-cı ilə qədər döyüş tankının birgə istehsalı layihəsinin növbəti mərhələsinə keçmək barədə razılığa gəliblər.   Sfera.az "...

Bakıda körpə eyvanda anasının qucağından düşərək ÖLDÜ- YENİLƏNDİ

Prokurorluq Bakıda körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı araşdırma aparır.   Sfera.az xəbər verir ki, aprelin 26-da saat 8 radə...

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...