Afaq bunu ilk dəfə edəcək - Hollivud ulduzu ilə birlikdə

Afaq bunu ilk dəfə edəcək - Hollivud ulduzu ilə birlikdə
ATV-nin aparıcısı Afaq Gəncəli filmə çəkiləcək. 

Bu haqda aparıcı Axşam.az-a açıqlamasında deyib. O, Hollivud ulduzu ilə tərəf müqabili olacağını bildirib:

"Həmişə sual verirdilər ki, niyə filmə çəkilmirsən? Belə bir arzum olmayıb. Amma sənətim rejissor və aktrisalıqdır. Bu yaxınlarda dəvət gəldi və razılaşdım. Filmin büdcəsi elə də böyük deyil. Faciə janrındadır. Düşünürəm ki, çox maraqlı olacaq. Tanınmış Hollivud ulduzunu dəvət edəcəklər. Həmin aktrisa ilə tərəf müqabili olacam. Filmdə baş rolda deyiləm. Ssenarini oxuyanda qürur duydum ki, ilk filmim belə olacaq. Allah nəsib etsin bu ekran işi alınsın. Bizim böyük sənətkarlarla eyni səhnədə oynamaq mənim üçün şərəf olacaq”.

A.Gəncəli tənqidlərə hazır olduğunu bildirib:

"Mənə fərqi yoxdur, əsas odur işi ürəklə edim. Mənə "küpəgirən qarı", "rəzil bomj" obrazları verilsin oynayım. Yoxsa özümü, saçımı, makiyajımı göstərmək maraqsızdır”.

Foto: Ramin ASLANOV
 
 

 

 


OXŞAR XƏBƏRLƏR