\"ADY Express\" \"Qazaxıstan elektroliz zavodu”na məxsus alüminium yükünü nəql etməyə başlayıb

\
 

Fəaliyyətinin əsas istiqamətlərindən biri, Azərbaycandan keçən tranzit marşrutlarına yeni növ yüklərin cəlb edilməsi olan, Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan "ADY Express” MMC, ölkəmizin dəmir yollarında yaradılan geniş imkanlarından istifadə edərək, daha bir yeni növ yükü cəlb edərək, onun Azərbaycandan tranzit rejimində nəql olunmasına nail olub.

Sfera.az  xəbər verir ki, bu barədə "ADY Express” məlumat yayıb. 

Məlumata görə, bu dəfə şirkət Qazaxıstan və Gürcüstandakı tərəfdaşları ilə, Qazaxıstanın Pavlodar şəhərindən Gürcüstanın Poti limanına qədər, "Qazaxıstan elektroliz zavodu”na məxsus alüminium yükünü nəql etməyə başlayıb. 

"ADY Express"in də operatorluğu ilə, Qazaxıstanın Pavlodar-Yujnıy stansiyasında örtülü vaqonlara yüklənən alüminium, Kurık limanına yola salınıb. Kurık limandan vaqonlar bərə ilə Ələt limanına çatdırıldıqdan sonra, buradan da Gürcüstanın Poti limanına yola salınıb. Yük vaqonları ümumi olaraq 4186 km məsafəni qət edərək ünvana çatdırılıb. Yük vaqonlarının tranzit vaxtı (yolda olma vaxtı), havadan asılı olaraq 10-14 gün təşkil edir.

Qeyd edək ki, bu vaxta qədər artıq 326 vaqonla, 21 488 ton alüminium yükü Qazaxıstandan Poti limanına çatdırılıb. Yaxın zamanda daha 209 vaqonla 13 585 ton həmin yükün nəql edilməsi planlaşdırılan. Layihə uzun müddətə nəzərdə tutulub.

Beləliklə Azərbaycanda nəqliyyat sahəsində yaradılan geniş infrastruktur və bunun nəticəsində yaranan logistik imkanlar iri yük sahiblərini, Azərbaycan ərazisindən keçməklə məhsullarının daşınmasına seçim etmələrinə səbəb olur. Ölkəmizin nəliyyat-logistika imkanları və potensialı, ölkəmizdən yüklərin nəqlinin əlverişliyi, daşınan yüklərin həcminin artırılmasına səbəb olur.


OXŞAR XƏBƏRLƏR

36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının qalibi OLDU

Bu il 36 azərbaycanlı tələbə 2024/2025-ci tədris ili üçün İsveç İnstitutunun Qlobal Peşəkarlar üçün Təqaüd Proqramının qalibi olub.   Sfera.az bu bar...

Xalq artistinin konsertində izdiham yaşandı - VİDEO

Xalq artisti Tünzalə Ağayeva Dənizkənarı Milli parkda baş tutan xalq konsertində iştirak edib. Sferaz.az xəbər verir ki, pop ulduz həmin gecə üçün ağ libas...

Paşinyan: "Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir"

“Elə bir məqama gəlib çatmışıq ki, hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir”.   Sfera.az “news.am”a i...

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. &nbs...

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qra...

“ByteDance” şirkəti QƏRARINI VERDİ: ""TikTok"u satmırıq!"

Çinin “ByteDance” şirkəti “TikTok” video paylaşma platformasını satmayacağına dair açıqlama verib.   Sfera.az xatırladır ki, ...