"Nazirlik tərəfindən başqa məqsədlər üçün "Naz-LİFAN" alınmayıb"

"Nazirlik tərəfindən başqa məqsədlər üçün "Naz-LİFAN" alınmayıb"
Nazirlik tərəfindən başqa məqsədlər üçün "Naz-LİFAN" avtomobili alınmayıb
Sfera.az APA-ya istinadən bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

O bildirib ki, ƏƏSMN Naxçıvan Avtomobil Zavodu tərəfindən istehsal olunan "Naz-LİFAN" markalı minik avtomobillərinin son 2 il ərzində kütləvi şəkildə istifadəyə yayılması sahəsində mühüm rol oynayan bir qurum olub: "Bu proses davam etdiriləcək".
 
Şöbə müdiri qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, müharibə əlillərinin dövlət büdcəsi hesabına minik avtomobilləri ilə təminatı üçün məhz Naxçıvan Avtomobil Zavodundan "Naz-LİFAN" markalı minik avtomobilləri alınıb: "Dövlət başçısının 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli sərəncamlarına əsasən, son iki il ərzində Naxçıvan Avtomobil Zavodundan 1933 ədəd "Naz-LİFAN" markalı minik avtomobili alınaraq növbədə dayanan müharibə əlillərinin istifadəsinə verilib. Amma nazirlik tərəfindən digər məqsədlər üçün "Naz-LİFAN" markalı minik avtomobili alınmayıb".


OXŞAR XƏBƏRLƏR

Alimlər bu təhlükəli paraziti məhv edə bilən virus aşkarlayıblar

Vyana Universitetinin alimləri təhlükəli birhüceyrəli parazit "Naegleria fowleri" ilə mübarizədə faydalı olan nəhəng viruslar aşkar ediblər. ...

Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb.   Sfera.az bildirir ki, bu b...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində İŞTİRAK EDƏCƏK

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayıb.   Sfera.az-ın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyev Berlində apre...

Bakıda evdə meyit TAPILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyət...

"Mən qızımı oxuduram, yetkinlik yaşına çatmayıb" - Qaçırılan azyaşlının ATASI

Azərbaycanda daha bir qız qaçırılıb.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb. İctimai birlik qeyd edib ki, bununl...

Azərbaycanda bu xanım jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. ...