5-ci mərtəbədən yıxılan 2 yaşlı uşaq sağ qaldı

5-ci mərtəbədən yıxılan 2 yaşlı uşaq sağ qaldı

Krımın şərqində yerləşən Kerç şəhərində binanın beşinci mərtəbəsindən yerə yıxılan uşaq sağ qalıb.

"Qafqazinfo” "RİA Novosti”yə istinadən xəbər verir ki, otaqda cəmi bir neçə dəqiqə anasının nəzarətindən kənar qalan 2017-ci il təvəllüdlü uşaq pəncərəaltına çıxıb və gözlənilmədən yerə yıxılıb. Uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR