4 nəfərin ölümünə səbəb olan Kəlbəliyev özünü günahkar bilmir

4 nəfərin ölümünə səbəb olan Kəlbəliyev özünü günahkar bilmir
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 4 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Elşad Kəlbəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Sfera.az xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzə o, özünü təqsirli bilməyib.

Daha sonra tərəflər əvvəlcə zərərçəkmiş şəxslərin hüquqi varislərinin dindirilməsi barədə razılığa gəliblər.

Məhkəmənin baxış iclası noyabrın 5-nə təyin olunub.

OXŞAR XƏBƏRLƏR