Mariya Stadnikin Facebook \"profili\" silindi

Mariya Stadnikin Facebook \
 

Qadın güləş yığmamızın üzvü Mariya Stadnikin adından Facebook-da açılmış profil silinib.

Sfera.az  oxu.az-a istinadən xəbər verir ki, dünən ukraynalı legioner Azərbaycan Güləş Federasiyası ilə birgə bu profilin silinməsi yönündə hərəkətə keçib.

Nəticə özünü göstərib. Artıq həmin profil bağlıdır.

Qeyd edək ki, Mariya Stadnikin adına yalnız Facebook-da səhifə mövcuddur. Həmin səhifənin admini Stadnikin icazəsi ilə onun "Instagram" profilindəki şəkilləri götürüb orada paylaşır.


OXŞAR XƏBƏRLƏR