Bakıda qorxmadan öpüşmək üçün münasib yerlər - FOTOLAR

Bakıda qorxmadan öpüşmək üçün münasib yerlər - FOTOLAR
Gülməlidir?...

Təbii ki, sevgilisi olan insanların bu cür ehtiyaclar duymağı normaldır. Onlara metroda buna icazə yoxdur, bunu etsələr belə, kimlərsə videoya çəkəcək və üçüncü dərəcəli media saytlarının gündəminə oturacaqlar, yaxud ictimai yerlərdə asayişin pozulması iddiasıyla polislər ilişə bilərlər, ya da məhəllələrdə "panyatka" söhbətləri var, bir çox yerdə ana-bacı, arvad-uşaq var...
Yəni bu aktın reallaşdırılması, görünən odur ki, hardasa, mümkünsüzdür. Bəs bu insanlar bir-birilərinə sevgilərini necə ifadə etsinlər? 

Bunu böyük bir problem hesab etmirik, amma sevgili olanları da başa düşürük.

Sfera.az kenquru.az-a istinadla öpüşmək üçün Bakıda münasib yerləri təqdim edir:

Qırmızıya alınmış yaşıllıq ərazi. İzmir küçəsini keçəndə Bakıxanov küçəsində yerləşən körpünün sağında təpəlik kimi yer.

Bakıda qorxmadan öpüşmək üçün münasib yerlər - FOTOLAR

Bu yerdə öpüşmək üçün bir qədər yuxarılara dırmanmalı olacaqsınız, amma problem yoxdur, sevgi hər şeyə qadirdir və sizi hər yerə dırmaşdıra bilər. Yolun qırağıdır deyə bilərsiniz, amma ağaclıqlar var və ayıq-sayıq sevgililər üçün kamuflyaj, maskalanma, gizlənmə elementlərini də bura əlavə etsək, artıq böyük bir problem yaratmaz. İkinci bir tərəfdən çəki baxımından hər hansı bir qanun keşiçsinin ora dırmaşması orta hesabla 1 dəqiqə 23 saniyə çəkir. Bu vaxt oradan buxarlanmağınız üçün sizə kifayətdir. Onu da qeyd edək ki, təpəliyin qarşı tərəfi birbaşa avtobus dayanacağına uzanır. 

Koordinatlar: 40.386657, 49.827102
Real öpüşmə saatları: 17:00-18:00, 21:00 - 04:00.

Qeyd: Verilən koordinatları copy+paste edib Google Maps-də həmin yeri asanlıqla tapa bilərsiniz.

İnşaatçılarda Məhsul Stadionundakı ümumi tualetin yanında bisetka.

Bakıda qorxmadan öpüşmək üçün münasib yerlər - FOTOLAR

Bakı uşaqları üçün ən böyük avantaj axşam saatlarında yaşana biləcək ən maraqlı sevgi hekayələrinin yeri olmağıdır. Belə ki, orada axşam joggingi edən kök xalalar sizə heç gözünün ucu ilə də baxmayacaq. Onlar bir şeyə fokuslanıb: arıqlamaq, arıqlamaq, arıqlamaq!

Koordinatlar: 40.389982, 49.805315
Real öpüşmə saatları: 18:00 - 05:00

28 May-dan Türkiyə Səfirliyi istiqamətində uzanan Rəşid Behbudov küçəsinin sağındakı park.

Bakıda qorxmadan öpüşmək üçün münasib yerlər - FOTOLAR

Bura, ümumiyyətlə, tərk edilmiş, hətta Allah babanın unutduğu bir parkdır. Ara-sıra orda-burda oturan sevgililər görə bilərsiniz, amma hətta onlar da bu parkı unudublar. Siz də ora gedin, siz də orada ola-ola o parkı unudun, bu dünyanı unudun!

Koordinatlar: 40.387379, 49.840543
Real öpüşmə saatları: 07:00 - 09:00 (səhər ağzından iyi gəlməyən sevgililər üçün) və 19:00 - 04:00

"Nərimanov" metro stansiyasının yaxınlığındakı Bakımartın yerləşdiyi küçədəki park.

Bakıda qorxmadan öpüşmək üçün münasib yerlər - FOTOLAR

Bu parkda, demək olar ki, ancaq pişiklər olur. Onlar da sevişməklə məşğuldurlar. Gedib, məmnuniyyətlə, onların ittifaqına qoşula bilərsiniz. 
Koordinatlar: 40.398975, 49.870148
 
Real öpüşmə saatları: 11:00-12:00, 21:00 - 04:00

"Dərnəgül" metrosu yaxınlığındakı dəmiryolunun kənarı.

Bakıda qorxmadan öpüşmək üçün münasib yerlər - FOTOLAR

Bura ara-sıra içib özünü itirən adamların səhvən gedib çıxdığı yerlərdəndir. Ərazidə dəmir yolu var və seyrək ağaclıqlar da mövcuddur. Bir az hündürlükdə yerləşir, amma çox deyil. Oturmağa, gəlib-gedən qatarlara, bir də zavodun uzaq ətraflarında işləyən narıncı paltarlı portağal ləkələrinə bənzər fəhlələrə tamaşa etməyə və ən əsası öpüşməyə uyğun yerdir. 

Koordinatlar: 40.426332, 49.863350
Real öpüşmə saatları: İstlənilən zaman

Yeni Yasamalda Məhəmməd Xiyabani küçəsi, İpək Yolunun yaxınlığındakı park.

Bakıda qorxmadan öpüşmək üçün münasib yerlər - FOTOLAR

Bu park, əsasən, axşamlar kimsəsizləşir. Yaxınlıqdakı kafedən şakkaşak domino çırpan və pivə içib yüksək frekanslı qəh-qəhələr atan dayıların səsləri fonunda maraqlı öpüş atmosferi yaşaya bilərsiniz. 

Koordinatlar: 40.394420, 49.789067
Real öpüşmə saatları: 19:00 - 04:00

Elmlər Akademiyasının Landau küçəsinə baxan həyəti.

Bakıda qorxmadan öpüşmək üçün münasib yerlər - FOTOLAR

Bura da maraqlı yerdir. Sıxıcı və köhnə, kağız qoxulu kabinetlərdə oturub aylıq maaşlarını gözləyən yaşlı alimlərin milli dəyərlər barədə düşüncələrinin elektrik enerjisi şəkilində ətrafı neqativləşdirdiyi həmin radiusda xoşbəxtlik hormonları saça bilərsiniz. İşdir, gəlib görsələr, elmi izahlar verməyə çalışın, məsələn, iki nəfər öpüşdüyü zaman orta hesabla 8 milyon bakteriya transferi gedir, bla, bla bla... Bu, sizin haqqınızdır!

Koordinatlar: 40.372684, 49.814032 
Real öpüşmə saatları: 14:00 - 18:00 (hamının dərsdə olduğu vaxt), 21:00 - 04:00

Azneft Meydanı yaxınlığındakı İnturist Hotelinin arxasındakı təpəlik.

Bakıda qorxmadan öpüşmək üçün münasib yerlər - FOTOLAR

Bura mənzərəli yerdir. Buradan öpüşdükdən sonra maraqlı selfie də edib anı əbədiləşdirə bilərsiniz. Amma burada deyək ki, bir qədər ayıq-sayıq olun, ara-sıra maşınlar keçir. 

Koordinatlar: 40.353909, 49.832113
Real öpüşmə vaxtları: Hər zaman

Ya da, ümumiyyətlə, şəhərin içində olmaq sizi sıxırsa: Xocasən Gölünün Qırağı

Bakıda qorxmadan öpüşmək üçün münasib yerlər - FOTOLAR

Bura isə bəşəriyyətlə əlaqəsini kəsmiş ölü ərazidir. Dünyayla əlaqənizi kəsib özünüzü Mars planetinin düzənliklərində hiss etmək üçün deyək ki, bu yer Yeni Yasamalın yaxınlığında yerləşir. 

Koordinatlar: 40.400573, 49.782176
Real öpüşmə vaxtları: Hər zaman

OXŞAR XƏBƏRLƏR

"Hücumlar artacaq, hətta növbəti aylarda..." - Ukrayna-Rusiya gərginliyi PİK HƏDDƏ

  “Baydenin göstərişi ilə Ukraynaya uzaqmənzilli “ATACMS” raketlər göndərilib. Lakin bu, Kiyevin tələbi ilə olmayıb”.  ...

Fransa və Almaniya ortaq tank layihəsi ilə bağlı anlaşma memorandumu İMZALADI

Fransa və Almaniya 2040-cı ilə qədər döyüş tankının birgə istehsalı layihəsinin növbəti mərhələsinə keçmək barədə razılığa gəliblər.   Sfera.az "...

Bakıda körpə eyvanda anasının qucağından düşərək ÖLDÜ- YENİLƏNDİ

Prokurorluq Bakıda körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı araşdırma aparır.   Sfera.az xəbər verir ki, aprelin 26-da saat 8 radə...

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...