Antik yunan heykəlində “noutbuk” müəmması

Antik yunan heykəlində “noutbuk” müəmması

ABŞ-dakı Jean Paul Getty Muzeyində sərgilənən bir heykəl mütəxəssislərdə və tamaşaçılarda xüsusi maraq 

oyadıb. Antik yunan dönəminə aid “Məzardakı taclı qadın və onun yardımçısı” adlandırılan heykəldə təsvir

 olunmuş əşyanı nəzəriyyəçilər “yadplanetlilərin göndərdiyi bilgisayar”, tarixçilər isə “ibtidai hesablama 

maşını” hesab edirlər.

Heykəldəki qadın gənc köməkçisinin ona verdiyi hədiyyəni incələyir. Bu hədiyyə isə görünüşcə günümüzdə 

istifadə etdiyimiz noutbuka çox bənzəyir. Ən diqqətçəkəni isə fiqurun kənarında iki dəliyin olmasıdır.

 Bu dəliklərin noutbuklardakı USB girişlər olduğunu iddia edənlər var.

Korrespondent.Az


OXŞAR XƏBƏRLƏR