14 gündə 19 nəfər intihar edib

14 gündə 19 nəfər intihar edib
 
2017-ci ilin iki həftəsi ərazisində ölkədə intihar edənlərin statistikası məlum olub.

AzVision.az yerli mətbuatda dərc edilən xəbərlərə istinadən xəbər verir ki, 14 gün ərzində 19 nəfər intihar edib, 6 nəfər isə intihara cəhd etsə də, həyatı xilas edilib. 

İlk intihar hadisəsi Hacıqabulda yeni il axşamı qeydə alınıb. Hadisə rayonun Nəvahi stansiyası adlanan ərazisindəki restoranlardan birinin yaxınlığında qeydə alınıb.1979-cu il təvəllüdlü yerli sakin Nüsrət Ramiz oğlu Baxşıyevin meyiti asılmış vəziyyətdə aşkarlanıb. 

Ümumiyyətlə, intihar daha çox bölgələrdə qeydə alınır. Hacıqabulda 1966-cı il təvəllüdlü Məmmədova Zöhrə Məmmədcəfər qızı, Cəlilabadda 19 yaşlı Tünzalə Əliyeva, Neftçalada 18 yaşlı Bəşirov Coşqun Ceyhun oğlu, Şəki şəhər sakini 1996-ci təvəllüdlü Əliyev Murad Eldar oğlu , Şəmkridə 1977-ci il təvəllüdlü Maisə Musayeva, Qubada 1974-cü il təvəllüdlü Eldarov Eldar Əliməmməd oğlu, Gəncədə 1955-ci il təvəllüdlü Abdullayeva Validə Tofiq qızı, Biləsuvarda1985-ci il təvəllüdlü Elşən Möhübbət oğlu Nəciyev, Zaqatalada 1965-ci il təvəllüdlü Eldar Həsən oğlu Ramazanov müxtəlif üsullarla ntihar edib. 

Bakıda isə 14 gün ərzində 27 yaşlı Müslümov Natiq Tahir oğlu, 53 yaşlı Anatoli Mehdiyev, 1958-ci il təvəllüdlü İradə Musayeva, 1980-ci il təvəllüdlü Ramidə Bağırova, 40 yaşlı Leyla İsmayılova, 1984-cü il təvəllüdlü Əsədov Vaqif Alı oğlu, Bakı sakini Şakir Cavadov, 1969-cu il təvəllüdlü Azər Əkbər oğlu Süleymanov canına qəsd edib.

Bundan əlavə Bakıda ciddi rejimli cəzaçəkmə müəssisəsində də məhbus intihar edib. Orada cəza çəkən 1984-cü il təvəllüdlü Aslanov Mahir Nazir oğlu müəssisəsin yaşayış sahəsində yerləşən idman kompleksindəki meydançanın tavanından özünü şalvarının kəməri ilə asıb.

2017-ci ilin ilk iki həftəsində intihar edərək həyatına son qoymaq istəyən şəxslərin bəziləri xilas edilib. Belə ki, 21 yaşlı F.S. İnşaatçılar prospektində yerləşən 38 nömrəli binanın 4-cü mərtəbəsindən özünü yerə atıb. Yaralı binada yaşayanların köməkliyi ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. 

39 yaşlı A.Q bir neçə dərman həbi, 1996-cı il təvəllüdlü Qasımzadə Sevər, 1972-ci il təvəllüdlü Mikayılova Səbinə Eldar qızı və 1979-cu il təvəllüdlü Kərimov Vasif Elmirəvan oğlu sirkə turşusu içərək intihara cəhd edib. Eyni zamanda 1943-cü il təvəllüdlü Məlikov Qəndalı Hüseyn oğlu intihar etmək məqsədilə özünə bir neçə bıçaq zərbəsi vurub. Lakin həkimlərin səyi nəticəsində hər üç şəxsin həyatı xilas edilib. 



OXŞAR XƏBƏRLƏR

Modeli döyməkdə təqsirləndirilən biznesmen külli miqdarda pul mənimsəyib?

Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) külli miqdarda qanunsuz kredit almaqda təqsirləndirilən Ziya Hüseynzadənin cinayət işi üzrə növbəti məhkəmə pros...

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfəri çərçivəsində mayın 8-də Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.   Sfera.az xəbər verir ...

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanıldı

Sumqayıtda özünü qazi kimi təqdim edərək dələduzluq əməlləri törtətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Elşad Nağıyev saxlanılıb.   Sfera.az x...

Barmaq şaqqıldatmağın ziyanı varmı? - ARAŞDIRMA NƏTİCƏLƏRİ

Barmaq şaqqıldatmaq bəzi insanların gündəlik vərdişlərindən biridir. Digər tərəfdən, bu vərdişin artrit kimi problemlərə gətirib çıxaracağı ilə bağlı narah...

Ticarətdə meymun diplomatiyası - Yağ alanlara oranqutan hədiyə ediləcək 

Malayziya palma yağı ixrac etdiyi bəzi ölkələrə oranqutan hədiyyə etməyi planlaşdırır.  Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağl...

Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata birgə bəyanatla ÇIXIŞ ETDİLƏR - YENİLƏNDİ - 2

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər. &nbs...