12 tonluq saxta yağ qalmaqalı böyüyür – “SƏRT ŞƏKİLDƏ CƏZALANDIRILMALIDIR”

12 tonluq saxta yağ qalmaqalı böyüyür – “SƏRT ŞƏKİLDƏ CƏZALANDIRILMALIDIR”

"Ticarət mərkəzlərinə münasibətdə cəzalar sərtləşdirilməlidir”.


Sfera.az-a açıqlamasında bu sözləri Qida Təhlükəsizliyi Agentliyinin "Bizim Market” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus ticarət şəbəkələrində 12, 5 tondan artıq saxtalaşdırılmış yağın aşkar edilərək dövriyyədən çıxarılması fonunda ticarət obyektlərinin hələ də saxta məhsul satmaqda maraqlı olmalarının səbəblərinə toxunarkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.

 

 

Onun sözlərinə görə, nəzarətin zəif olması belə neqativ halların kütləvi xarakter almasına gətirib çıxarıb: "Bu istiqamətdə tənzimləmələrə, qanunvericilik aktlarına yenidən baxılmasına ehtiyac var. İri marketinq şəbəkələri çox zaman özləri müxtəli formalarda istehsalçı rolunda çıxış edir.Düzdür, buna ixtiyarları var. Amma istehsalçı kimi çıxış edərkən çox zaman keyfiyyətsiz və başqa markaların adından istifadə etməklə əqli mülkiyyət hüquqlarını pozurlar. Burada nəzarət funksiyasının zəifliyi özünü büruzə verir. Əslində Qida Təhlükəsizliyi Agentliyinin yaranmasından sonra düşünmək olardı ki, bu addım həmin istiqamətdə müəyyən yaxşılaşmalara səbəb olacaq. Doğrusu Qida Təhlükəsizliyi Agentliyi müəyyən uğurlu addımlar da atıb. Lakin qurumda ştat çatışmamazlığı hiss olunur. Ticarət mərkəzlərinin isə ölkə ərazisində fəaliyyət göstərən çoxsaylı şəbəkələrin onlarla, yüzlərlə mağazaları mövcuddur. Yəni bir agentliyin bütün bunları nəzarətdə saxlaması mümkünsüzdür”.

 

Ekspert düşünür ki, cəzalar sərtləşdirilsə, marketinq şəbəkələri də qanunsuzluqlara yol verməkdən çəkinər: "Ona görə də düşünürəm ki, belə hallara qarşı ticarət mərkəzlərinə münasibətdə cəzalar sərtləşdirilməlidir. Cəzalar sərtləşdirilsə, belə çirkin əməliyyatlar edib, əlavə vəsaitlər qazanmağa çalışmaq heç bir sahibkarın ağlından belə keçməz. Yəni cərimələr yüksək olarsa, belə yollarla qazanc əldə etməyin cəlbediciliyi arxa plana keçəcək. Effektiv nəzarət funksiyası qurulmalıdır. Bu fonda ən yaxşı nəzarətçi rolunda çıxış edən istehlakçılardan da istifadə etmək olar. İstehlakçılara hüquqları aydınlaşdırılmalıdır ki, onlar da nəzarətçi funksiyasını yerinə yetirə bilsinlər”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR