Özünü DTX əməkdaşı kimi təqdim edən qadına hökm oxunub

Özünü DTX əməkdaşı kimi təqdim edən qadına hökm oxunub


Özünü Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşı kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən Sevinc Mirzəyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


 

ONA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən S.Mirzəyeva 7 il müddətinə azadlıqdan məhrum edilib.


 

Qeyd edək ki, S.Mirzəyeva Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq: xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib. O, özünü DTX əməkdaşı kimi təqdim edərək əlil ailələrinin evlə təmin olunması üçün yeni fond yaradıldığını və fonda rəhbər təyin edildiyini söyləyib. S.Mirzəyeva zərərçəkmişlərdən onlara əlillər üçün tikilən binadan ev verdirəcəyini, təqaüdə çıxaracağını vəd edərək pul alıb.


OXŞAR XƏBƏRLƏR

Gəncədə avtomobil qaçıran şəxs SAXLANILDI

Gəncədə avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb.   DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sfera.az-a veril...

AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə GÖRÜŞDÜ

AFFA-nın prezidenti Rövşən Nəcəf Danimarka Futbol Assosiasiyasının (DBU) prezidenti və UEFA-nın İcraiyyə Komitəsinin üzvü Yesper Möllerlə görüşüb.   ...

Slovakiya Prezidenti sui-qəsdə uğrayan Baş nazirdən DANIŞDI: "Kritik saatlar..." 

Slovakiya Prezidenti Peter Pelleqrini “Pravda” nəşrinə müsahibəsində Baş nazir Robert Fitsonun yeni əməliyyata girməyəcəyini bildirib. Sfe...

"Telefon, hesab və fərdi məlumatlarınız..." - Əhaliyə təhlükəsizliklə bağlı XƏBƏRDARLIQ!

E-poçt və mesajlardakı naməlum keçidlərə və rəqəmsal təhlükəsizliyinizi poza biləcək fayllara qarşı ehtiyatlı olun.   Sfera.az xəbər verir ki, bu bar...

Ruslar Xarkovda üstünlüyü necə əldə edirlər? – Zelenski AÇIQLADI

“Rusiya Silahlı Qüvvələri Kiyevdə hava hücumundan müdafiə vasitələrinin olmaması səbəbindən Xarkov vilayətini yarıb keçə bilib”.   Sfera....

Azərbaycanda bu şəxslərə verilən müavinət DAYANDIRILDI - RƏSMİ

Füzuli rayonunun Horadiz şəhərində və 21 kəndində, Ağdam rayonunun 7 kəndində daimi yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi mayın 1-dən etibarən ...