Azərbaycan-Belarus ƏLAQƏLƏRİ: "Hədəfimiz yaxın illərdə..." - AÇIQLAMA

Azərbaycan-Belarus ƏLAQƏLƏRİ:

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycanda səfərdədir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən millət vəkili Vüqar Bayramov deyib ki, Belarus Azərbaycanın haqq işinə dəstək verən dövlətlərdən olub. Onun sözlərinə görə, iki ölkə arasında möhkəm strateji əməkdaşlıq formalaşıb:

 

“Son iki ildə ölkələr arasındakı ticarət dövriyyəsində xüsusi dəyişiklik baş verməsə də, 2020-ci illə müqayisədə ötən il dövriyyə 13 faizə yaxın artaraq 356.5 milyon dollar olub. 2022-ci ildə bu rəqəm 363.6 milyon dollar idi. Hədəf ticarət dövriyyəsini yaxın illərdə 1 milyard dollara çatdırmaqdır. 2023-cü ildə İki ölkə arasında 741 adda (kodlu) mal idxal və ixrac olunub.

 

Belarusdan aldıqlarımıza gəldikdə isə, 89.4 milyon dollarlıq meşə materialları, şam ağacı, 20.4 milyon dollarlıq mühərrik benzinləri, 16.1 milyon dollar dəyərində sərnişin vaqonları, baqaj və poçt vaqonları, 13.1 milyon dollarlıq kənd təsərrüfatı işləri üçün təkərli traktorlar, 11.6 milyon dollar dəyərində kartof, 10.7 milyon dollarlıq ağac plitələr, 10.1 milyon dollarlıq dəmiryol və tramvay sərnişin və yük vaqonları, açıq platformalar, 8.7 milyon dollarlıq ağac fanerləri, 8.5 milyon dollar dəyərində ağ şam ağacından və ya küknardan uzununa doğranmış meşə materialları, 7.1 milyon dollarlıq kənd təsərrüfatı işləri üçün təkərli traktorlar (təkoxlu traktorlar istisna olmaqla) və meşə təsərrüfatı üçün təkərli traktorlar, 6.2 milyon dollarlıq dərman vasitələri, 5.4 milyon dollarlıq kərə yağı, 5.4 milyon dollarlıq ağacdan orta sıxlığı olan, 9 mm-dən çox olan qalınlıqda ağaclifli plitələr (MDF) və s. mallar alırıq”.

 

Deputat qeyd edib ki, idxaldan fərqli olaraq Belarusa ixrac etdiyimiz malların çeşidi çox deyil:

 

“Ötən il Belarusa 5.6 milyon dollarlıq ilkin formalı propilen sopolimerləri, 3.7 milyon dollarlıq 1000 V-dan çox gərginlik üçün elektrik naqilləri, 1.8 milyon dollarlıq reaktiv mühərriklər üçün kerosin yanacağı, 1.6 milyon dollarlıq xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen, 1.4 milyon dollarlıq ev toyuqlarının hissələrə ayrılmış əti, 1.4 milyon dollarlıq konservləşdirilmiş qoz və fındıqlar, 1.3 milyon dollar dəyərində spirtli içkilər və digər məhsullar göndərmişik.

 

Bütün bunlarla yanaşı, ölkələr arasında ticarət dövriyyəsinin artırılması potensialı kifayət qədər yüksəkdir. Belarus Prezidentinin son səfəri tərəflər arasında iqtisadi və strateji əlaqələrin daha da güclənməsinə töhfə verəcək”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...