Özündən 30 yaş kiçik xanımla evlənən azərbaycanlı məmur: \"Arvadım qız uşağıdır\" - FOTO

Özündən 30 yaş kiçik xanımla evlənən azərbaycanlı məmur: \
Ehtiyatda olan polkovnik, Hərb Tarixi Muzeyinin rəhbəri Əzizağa Qənizadə toyu barədə ölkə.az-a danışıb.

60 yaşlı polkovnik yayılan xəbərləri təkzib edib:

"Xeyr, mən üçüncü dəfədir evlənirəm. Mən özüm boşanmamışam. Boşanma avtomatik olub. Biz uzun illər bir yerdə yaşamamışıq. Bu da məndən asılı olmayan səbəblər idi, müharibənin fəsadlarıydı. Ona görə biz yadlaşmışdıq və ayrıldıq. Üç oğlum var. Oğlanlarım yetkinlik yaşına çatıblar, birinin yaşı 30-u keçib".

Polkovnik bildirib ki, bu, onun sonuncu evliliyi olacaq:

"Bu artıq sonuncu evliliyimdir. İkinci dəfə evlənəndə də deyirdim ki, sonuncu dəfədir. Gülşən xanımı özüm seçmişəm, üç ildir bir yerdə çiyin-çiyinə işləyirik. Hər gün bir yerdəyik. İkinci dəfə boşanmağımın səbəbi o idi ki, bizi tanış eləmişdilər.

Onun ailəsi evliliyimizə razılıq verib. Toyumuzda da ailə üzvləri iştirak edirdilər. Mən toy eləməyə də bilərdim. Ancaq o qız uşağıdır, heç vaxt toyu olmayıb, gəlin paltarı geyinməyib. Ona görə də toy etməsəydim, onu mənə verməzdilər. Toyumuzda bütün adət-ənənələrə riayət olunub".

Qeyd edək ki, ehtiyatda olan polkovnik, Hərb Tarixi Muzeyinin rəhbəri Əzizağa Qənizadənin özündən 28 yaş kiçik olan Gülşən Heydərova ilə ailə qurması mətbuatda və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Özündən 30 yaş kiçik xanımla evlənən azərbaycanlı məmur:


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...