Zərdabın icra başçısı şəhid ailəsini təhqir etdi, torpağını əlindən aldı – VİDEO + FOTOLAR

Zərdabın icra başçısı şəhid ailəsini təhqir etdi, torpağını əlindən aldı – VİDEO + FOTOLAR
Zərdab rayonu Alıcanlı kənd sakini, şəhid atası, birinci qrup əlil Ataxan Əsəd oğlu Əsədov Zərdab Rayon İcra Hakimiyyətinin Başçısı Mərdan Camalzadədən Azərbaycan Prezidentinə şikayət edib.

Sfera.az xəbər verir ki, Alıcanlı kənd sakini şikayət məktubunda bildirib ki, oğlu Sərdar Əhədov Birinci Qarabağ Müharibəsində Ermənistan işğalçılarına qarşı döyüşərək qəhrəmancasına şəhid olub. O, oğlunun Vətənin müdafiəsi uğrunda döyüşməsi, şəhidlik zirvəsinə ucalması ilə fəxr etdiyini, qürur duyduğunu dilə gətirib.
A.Əsədov daha sonra qeyd edib ki, torpaqlarımızın azadlığı uğrunda oğlu şəhid olan ataya qanunu sənədlə verilmiş 10 hektar torpaq sahəsini Zərdab Rayon İcra Hakimiyyətinin Başçısı Mərdan Camalzadənin sifarişi ilə əlindən alıblar:

"Həmin torpaq sahəsində əkdiyim taxili və yoncanı mal-qaraya otarıb tələf etdilər. Mal-qara sahibləri mənə dedilər ki, buna icazəni icra başçısı Mərdan Camalzadə və onun müavini Pərvin Mahmudova verib. Hansı ki, həmin torpaq sahəsini qanunu qaydada bələdiyyədən müqavilə ilə 25 illik icarəyə götürmüşəm. Əlimdə reyestr çıxarışı və icarə müqaviləsi var. Mən bu barədə iki dəfə Mərdan Camalzadənin qəbulunda oldum. Sonucu dəfə o mənim üstümə şığıyıb "məni bezdirmisən mən torpaq işinə baxmıram qışqırıb məni vurmaq istədi”. Orada olan insanlar müdaxilə etməsəydi icra başçısı məni vuracaqdı”.
A.Əsədov iddia edib ki, M.Camalzadə Zərdab rayonuna icra başçısı təyin olunandan əhaliyə zülm edir: "Zərdab rayon Alıcanlı bələdiyyəsinin sədri iclas protokollarında bələdiyyə üzvülərinin yerinə özü saxta imzalar edir. Hansı ki, 7 nəfər bələdiyyə üzvünün hamısı rayondan kənarda yaşayırlar həmin yerdə də işləyirlər. Bələdiyyə sədrinin baldızı müavinidir,  qaynı isə mühasibdir. Bələdiyyəni ailə podratına çeviriblər. Kənddə 400 hektardan çox torpaq sahələri müxtəlif vətəndaşlara icarəyə verilib, ancaq bir mənə verilmiş torpaq sahəsi əlimdən qanunsuz olaraq alınıb. Bu isə şəhid ruhuna təhqirdir,  şəhid ailəsinə hörmətsizlikdir. Mərdan Camalzadə Şirvan şəhərindən Zərdaba gələndə bütün şirvanlılar sevindilər, qurbanlar kəsdilər. Şirvan şəhərində "DOST” İş Mərkəzi xətti ilə ictimai işlərə adları qeyd edilmiş şəxslərin maaş kartları Mərdan Camalzadənin seyfindən çıxması xəbərini mətbuatda oxuyanda mən çox narahat oldum ki, bu adam Zərdabı da viran qoyacaq. Mən mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə müraciət edirəm. Xahiş edirəm şəhid atasını təhqqir edib qanunu qaydada icarəyə götürdüyü torpaq sahəsini əlindən alan icra başçısı Mərdan Camalzadənin barəsində ciddi tədbirlər görülsün, mənə torpaq sahəsi ayrılmasına köməklik göstərilsin”.
 

(yenisabah)

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...