Zəngilanda yaralandı, 4 gün ac-susuz döyüşdü: Şəhid hesab olunan əsgərimiz sağdır - FOTO
18:21 / 26.11.2020
2573
Şəhid hesab olunan əsgərimizdən şad xəbər var.
Sfera.az xəbər verir ki, həmin əsgər əslən Laçınlı olan Cümşüdlü Mehman Vüqar oğludur.
O, Murovda ermənilərin müşahidə postunu dağıdıb. Zəngilanda yaralanmasına baxmayaraq, 4 gün ac-susuz döyüşüb.
Onu hamı itkin, şəhid bilirdi. Amma 4 gün sonra məlum olub ki, qəhrəmanımız vuruşa-vuruşa özünü xilas edib və arxada qalan dostlarını axtarıb tapıb. Ermənilər tələyə salsa da, o, tələdən çıxmağı bacarıb.
Böyük şücaət göstərən əsgərimiz hazırda sağalmaq üzrədir.