Zəngəzur dəhlizinin açılması Naxçıvanın iqtisadi potensialını genişləndirəcək – Millət vəkili

Zəngəzur dəhlizinin açılması Naxçıvanın iqtisadi potensialını genişləndirəcək – Millət vəkili
Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Zəngəzur dəhlizinin açılacağını bir daha bəyan edib.
 
İşğaldan azad olunan ərazilərimizdə sözügedən dəhlizə inteqrasiya olunacaq infrastruktur işlərinə artıq başlanılıb. Horadiz-Ağbənd dəmir yolu xətti Azərbaycanın qərb hissəsi ilə Naxçıvanın Zəngəzur dəhlizi vasitəsi ilə birləşləşməsinə imkan verəcək. Naxçıvan ərazisində də 16 km-ə yaxın dəmiryolu xətti də bərpa ediləcək.

Sfera.az bildirir ki, millət vəkili, iqtisadçı Vüqar Bayramovun fikrincə, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olunacaq Zəngəzur dəhlizi nəinki bölgənin, bütövlükdə Türk dünyasının birləşməsinə imkan verəcək. Millət vəkili hesab edir ki, iayihənin iqtisadi üstünlükləri ilə yanaşı strateji əhəmiyyəti də kifayət qədər böyükdür: "Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Bu baxımdan, bu eyni zamanda tarixi bir hadisə olacaq. Bununla yanaşı, Zəngəzur dəhlizinin açılması kommunikasyaların bərpası prosesində geri-dönməzliyin təmin edilməsi baxımdan da vacibdir. Əslində, Zəngəzur dəhlizi Cənubi Qafqazda davamlı sülhə xidmət edəcək təşəbbüsdür.

 
Zəngəzur dəhlizinin istifadəyə verilməsi 10 noyabr tarixli birgə Bəyanatda təsbit edidiyindən daha qısa zamanda Azərbaycanın qərb hissəsi ilə Naxçıvanın quru nəqliyyat yolu ilə birləşməsinin reallaşa biləcəyi anlamına gəlir. Bu həmçinin bölgədə yeni düzənin formalaşdığından xəbər verir”.

V.Bayramov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası ölkəmiz üçün ciddi strateji əhəmiyyəti olan bölgələrimizdəndir. Millət vəkili Azərbaycan Prezidenti cənab İlham Əliyevin Naxçıvana səfəri zamanı açılışı həyata keçirilən müəssisələrin və eləcə də reallaşan infrastruktur layhələrinin Muxtar Respublikanın iqtisadi inkişafına xüsusi töhvə verəcəyinə əmindir: "Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə Naxçıvan MR-da 3 milyard 613 milyon manatlıq məhsul və xidmətlər istehsal olunub. Son 5 ildə Muxtar Respublikada məhsul istehsalı 762 milyon manat artıb. Bu müddətdə Naxçıvan MR-nın iqtisadiyyatı 12 faizə yaxın böyüyüb. Qeyd edək ki, 2014-cü ildə Muxtar Respublikada 2 milyard 851 milyon manatlıq məhsul istehsal olunmuşdu.
Pandemiyadan əvvəlki ildə Muxtar Respublikada 1 milyard 14 milyon manatlıq sənaye məhsulları istehsal olunub. Bu 2015-ci il ilə müqayisədə 10 faiz çoxdur. Zəngin təbbi-meneral ehtiyatları olan Naxçıvanın böyük iqtisadi potensialı Zəngəzur dəhlizinin istifadəyə verilməsi kontekstində daha genişlənəcək. Belə ki, dəhliz Azərbaycanın qərb hissəsində fəaliyyət göstərən iş adamları ilə Naxçıvandakı sahibkarlar arasında əlaqələrin, əməkdaşlığın qurulması baxımından vacibdir ki, bu da qısa vaxtda məhsulların nəql edilməsinə imkan yaradacaq. Bunun Azərbaycanın iqtisadi inkişafına, eləcə də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına müsbət təsirləri olacaq.
 
Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri güclənəcək, ölkənin geoiqtisadi əhəmiyyəti daha da artacaq. Gözlənilir ki, bu dəhliz Naxçıvanın iqtisadiyyatına töhfə verməklə sahibkarların daha böyük bazarlara çıxışını təmin edəcək. Bu baxımdan, kommunikasiyaların bərpası, Azərbaycanın qərb bölgələri ilə Naxçıvanın quru nəqliyyatı vasitəsi ilə birləşməsi Muxtar Respublikanın daha da inkişaf etməsi üçün yeni imkanlar yaradacaq”.
 
 
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...