"Zəngəzur dəhlizi açıldıqda beynəlxalq yüklərin həcmində artımın olacağı gözlənilir" - İqtisadçı

Ölkə başçısının da dediyi kimi, bu gün qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar. Xüsusilə qeyd etmək lazımdır ki, ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycan regionda bir sıra beynəlxalq əhəmiyyət daşıyan layihələri reallaşdırıb.

Sfera.az xəbər verir ki, bu sözləri açıqlamasında millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışını şərh edərkən deyib.

Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycanın təşəbbüsü ilə regionda reallaşan layihələr yalnız enerji sektorunu əhatə etmir, eyni zamanda nəqliyyat və logistika sahələrini də əhatə edir. Bu mənada Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşmasına da töhfə verən ölkədir:

"Prezident xüsusilə ölkəmizin okeana birbaşa çıxışının olmamasına baxmayaraq, Şərq-Qərb, Cənub-Şimal nəqliyyat dəhlizlərində fəal şəkildə iştirak etdiyini də vurğuladı.

Xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizin reallaşması üçün Azərbaycan maliyyə dəstəyi nümayiş etdirən ölkələr sırasındadır. Bu da ondan xəbər verir ki, Azərbaycan həm kommunikasiya, həm logistik əlaqələrin inkişafına və regionda beynəlxaq xarakter daşıyan layihələrin realaşmasına dəstək verməklə yanaşı, kifayət qədər həssas hesab olunan Cənubi Qafqazda sülh və əməkdaşlıq imkaları yaradır. Kommunikasiya əlaqələrinin bərpa edilməsi regionda dayanıqlı sülhün formalaşması baxımından çox vacibdir. Zəngəzur dəhlizi açıldıqdan sonra region üzərindən daşınan beynəlxalq yüklərin həcmində artımın olacağı gözlənilir. Bu, həm də regionun əhəmiyyətini artırmış olacaq".
 
(Axar.az)

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...