Zəncəfil kökü, qarazirə toxumu, bal - Azərbaycanlı həkim koronavirusun dərmanını tapıb?

Zəncəfil kökü, qarazirə toxumu, bal - Azərbaycanlı həkim koronavirusun dərmanını tapıb?

"Koronaviruslar normalda qorxulu olmayan adi qrip zamanı insanı yoluxduran viruslardır.Simptomları hamıya bəlli olan bir xəstəliklərdir. Son zamanlar koronavirusların yeni ştamları MERS-CoV, SARA-Cov və 2019-nCoV əmələ gəlib,bunlar daha ağır simtomlara səbəb olur. Bunlardan MERS və Vuhan 2019 koronavirusları daha ciddi yuxarı tənəffüs yolları çatışmazlığına səbəb olur”.


Bu məlumatı həkim-fitoterapevt Füzuli Hüseynov açıqlayıb. Koronavirusların elmə 1960-cı illərdən məlum olduğunu deyən həkim, sadəcə son zamanlara qədər ağır formalarının olmadığını vurğulayıb: "Koronavirusları 2 hissəyə bölərək birinə adi koronaviruslar, digərinə təhlükəli koronaviruslar deyə bilərik. Adi koronaviruslarda burun axması, arada temperatur, bəzi hallarda badamcıqların böyüməsi müşahidə olunursa, təhlükəli koronaviruslarda burun axması olmaya bilər, ya da az-az ola bilər. Badamcıqlar böyüyür, nəfəs alma çətinləşir, bəzən xırıltılı və olduqca çətin nəfəs alma prosesi baş verir. Yüksək temperatur ilə müşayət olunur. Hazırda bizi maraqlandıran Vuhan virusunun bir insanda aşkar edilməsi zamanı həmin insanın 27 gün digər insanların girə bilməyəcəyi xüsusi otaqlarda (bokslarda) saxlanılması lazımdır ki, xəstəlikyayılmasın”.


Yeni virusa tutulanlarda ölüm faizi nə qədər olur?

Yeni növ koronaviruslara tutulanlar arasında ölüm halına gəlincə, F.Hüseynov bildirb ki, ölüm halları yaşlılarda və uşaqlarda daha çox qeydə alınır: "Ölüm halı isə cəmi 3 faizdir.Yəni hər 100 adamın bu xəstəliyə tutulması 3 adamın ölümü ilə nəticələnir. Ümumiyyətlə, dünyada ildə 650 min insan qripdən ölür. Amma bu o qədər təşviş yaratmasa da, cəmi 2000 adamın ölümü bütün dünyanı silkələyir. Birazdan havalar isinəcək.Havanın istiləşməsi bu virusların məhv olması deməkdir.Hava 25-27 dərəcə isinərsə, ətrafımızda nə qədər koronavirus varsa hamısı öləcək.Koronavirusların ən böyük düşməni günəşdir. Bol su için.Su bədəndə virusların sıx yayılmasının qarşısını alır. Qorunmaq üçün yaxşı üsullardan biridə burun maskalarıdır. Koronaviruslar viruslar içərisində ən böyük viruslardan olduqlarından adi burun maskalarıonları rahat şəkildəsaxlaya bilirlər. Evə gələn kimi əllərinizi sabunla yuyun. Ümumiyyətlə,gün ərzində 5-6 dəfə əllərinizi sabunla yumağa vərdiş edin, sabun ələ bulaşmış virusların hamısını təmizləyir. Əgər immunitet yüksək səviyyədə olarsa koronaviruslar və başqa viruslar insana öldürücü təsir edə bilməzlər”.


Qeyd edək ki, həkim immuniteti yüksəltmək məcun da tövsiyə edib.

Zəncəfil kökü tozu – 40 qram

Ud hindi kökü tozu 100 qram

Qarazirə toxumu tozu 100 qram

Bal 1 kiloqram


Bitkilər quru toz formasında bal ilə qarışdırılır.Gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 çay qaşığı yeyilir.Məcundan bədən zəifliyində, zəif immunitetdə, xroniki bronxitlərdə də istidadə edə bilərsiniz.

Maska taxmırsınızsa, profilaktik məqsədlə hər gün burun dəliklərinə 3-4 damcı ud hindinin zeytun yağında olan məhlulunu tökün, həm də burun ətrafına çəkin. Ud hindi yağı virusəleyhinə təsir göstərir.

 

LENT.AZ

 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...