Zelenskidən Putinin “qardaş xalqlar” replikasına cavab: “Bəli qardaşıq, amma Habillə Qabil kimi...”

Zelenskidən Putinin “qardaş xalqlar” replikasına cavab: “Bəli qardaşıq, amma Habillə Qabil kimi...”
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev rəhbərliyi  Vladimir Putinin məqaləsini oxuyub cavablandırmağı planlaşdırır.
 
"Adamın Ukrayna dilini bilməsi çox xoşdur”. Sfera.az-ın "RİA” Novosti-yə istinadla məlumatına görə, o, bunu jurnalistlərlə "Ukrayna 30. Humanitar siyasət” konfransı çərçivəsində təşkil edilən söhbəti zamanı  söyləyib.
 
Zelenski məqaləni ətraflı öyrənmək imkanının olmadığını, amma bəzi məqamlarla tanış olduğunu və həmin məqamları  Rusiya Prezidenti ilə üz-üzə müzakirə etmək istədiyini qeyd edib.

"Ona gələcəkdə digər məqaləsində istifadə edə biləcəyi çoxlu materiallar təqdim edə bilərəm”, - deyə Zelenski bildirib. 
 
O həmçinin rus və Ukrayna xalqları arasındakı yaxınlığa dair tezisi də qiymətləndirib.
 
"Nədənsə faşizm üzərindəki qələbə haqda danışanda, on minlərlə ukraynalının həlak olduğu İkinci Dünya Müharibəsi xatırlananda unuduluruq, amma diğər məqamlarda yada düşürük və qardaş xalq adlandırılırıq. Mənə elə gəlir ki, bu, daha çox Qabillə  Habilin qardaşlığını xatırladan bir hekayədir”, - deyə Ukrayna prezidenti qeyd edib.
 
Bir gün əvvəl Vladimir Putin "Ruslarla  ukraynalıların tarixi birliyi haqqında" adlı  məqalə dərc edib. Məqalədə qeyd edib ki, 2014-cü ildə Qərbin Ukraynanın daxili işlərinə birbaşa müdaxiləsindən sonra Kiyevin siyasətini radikal millətçilərin təcavüzkar rusofobiyası müəyyənləşdirməyə başlayıb. Prezident xalqlar arasında yaranan divarı böyük  fəlakət adlandırıb və Ukraynanın həqiqi suverenliyinin yalnız Rusiya ilə tərəfdaşlıqda mümkün olduğunu bildirib.
 
Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...