Zəhərlənən qızlarla bağlı BDU-dan AÇIQLAMA

Zəhərlənən qızlarla bağlı BDU-dan AÇIQLAMA

"Bakı Dövlət Universitetinin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən tələbələrinin vəziyyəti normaldır".

Sfera.az xəbər verir ki, bunu universitetin Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova bildirib.

"Bu gün səhər universitetin rektoru və müşaviri xəstəxanada tələbələrin yanında olublar. Tələbələr özlərini yaxşı hiss edir, gəzir, yemək yeyirlər. Onlar həkimlərin tam nəzarəti altındadırlar. Yaxın günlərdə evə buraxılacaqlar. Hətta onlar oxumaq üçün kitab istəyiblər. Tələbələrimizə şəfa diləyir və tezliklə sağalmalarını arzulayırıq", -deyə P.İbrahimova əlavə edib. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR