Özbəkistanla ovtomobil yığımı sahəsində imzalanan müqavilə bizə nə verəcək?

Özbəkistanla ovtomobil yığımı sahəsində imzalanan müqavilə bizə nə verəcək?
 Azərbaycanda Özbəkistanla birgə avtomobillərin yığılması təşkil olunacaq. Bir neçə gün əvvəl Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü çərçivəsində Bakıda keçirilən biznes forum çərçivəsində Azərbaycanın "AzərMaş” şirkəti ilə Özbəkistanın "Uzavtosanoat” şirkəti arasında Azərbaycanda avtomobillərin yığılması barədə anlaşma memorandum imzalanıb.

Bəs bu razılıq Azərbaycana nə verəcək? Vətəndaşlarımız bu əməkdaşlıqdan keyfiyyətli və münasib qiymətli avtomobillər gözləməlidirlərmi?

Sfera.az xəbər verir ki, bununla bağlı iqtisadi məsələlər üzrə ekspert Natiq Cəfərli  yeni sabah-a danışıb:

"Əslində Azərbaycanda avtomobil istehsalı yoxdur, avtomobilin yığılması var. Avtomobil istehsalı o zaman gəlirli sahəyə çevrilir ki, avtomobillərdə istifadə olunan hissələrin sayı ən azı 25 faizi istehsal olunsun. Nə qədər ki, bu yoxdur, Azərbaycan ancaq avtomobillərin yığımı ilə məşğul ola bilər. Elə İran şirkəti də Azərbaycanda avtomobil yığımı ilə məşğuldur, Çin şirkəti də vaxtilə Naxçıvanda avtomobil istehsalı ilə məşğul olub. 

Özbəkistanla da bağlanılan müqavilə digərləri ilə bağlandığı kimidir. Özbəkistanın özünün də avtomobil istehsalı ilə bağlı təcrübəsi var. Orada " Daewo” və başqa şirkətlər də işləyiblər. Amma orada da əsasən işçi qüvvəsi olduğu üçün yığımla məşğul idilər. Özbəkistanın yerli yan sənayəsi də yoxdur ki,  detalları özü istehsal etsin. Çox zaman detallar gətirilir və avtomobillər yığılır. İndi həmin praktika Azərbaycanda da başlayacaq. Açığı, bunun uğurlu yol olduğu düşünmürəm. Əgər ölkəmiz avtomobil istehsalını inkişaf etdirmək istəyirsə, Əvvəlcə yan sənayədən başlamalıdır”. 

Ekspert Azərbaycanda avtomobil detallarının istehsalının çox vacib olduğu bildirib:

"Bəlkə də, heç avtomobilin özünü yox, böyük avtomobil şirkətləri ilə razılaşıb, avtomobillərə lazım olan detalların bir qismini Azərbaycanda istehsal etmək daha məntiqli və doğru yol ola bilər. Çünki avtomobillərdə istehsal olan detalların böyük bir qismi neft emalı nəticəsində alınır. Azərbaycanın da bu səhədə geniş təcrübəsi, bilikləri var. Neftdən alınan plastik və digər məmulatlar minik avtomobilində geniş istifadə olunur. Onların istehsalı ilə bağlı addımlar atılsa, bu həm Azərbaycanda sənayənin inkişafına, yeni iş yerlərinin yaradılmasına və həm də gəlirli sahəyə çevrilə bilərlər. 

Məsələn, Türkiyədə 15 şirkətlə müqavilə bağlayıb və avtomobil istehsalı ilə məşğuldurlar. Demək olar ki, Türkiyədə artıq avtomobilin 45%-ni özü istehsal edir və bu sahə onlara daha çox gəlir gətirir. 

Mən inamıram ki, burada keyfiyyətli və münasib qiymətli avtomobil istehsal oluna bilər və bunun az sayda istehsal olunacağını hesab edirəm”.



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...