\"Zaxarova rus sülhməramlılarını ifşa etdi\" - Siyasi şərhçi

\
"Zaxarova verdiyi açıqlama ilə Rusiya sülhməramlılarının Valeri Pekresin Qarabağa qanunsuz səfərinə şərait yaratdığını etiraf etmiş oldu”.
 
Sfera.az xəbər verir ki, bunu siyasi şərhçi Turan Rzayev bildirib.  

T.Rzayev xatırladıb ki, Prezident İlham Əliyev Azərbaycan televiziyalarına son müsahibəsində Fransa prezidentliyinə namizəd Valeri Pekresin Qarabağa qanunsuz səfərinə toxunaraq, sülhməramlıların davranışlarını tənqid etmişdi. Onun fikrincə, Prezidentin həm Valeri Pekresin Qarabağa qanunsuz səfərini, həm də Rusiya sülhməramlılarının bu səfərə göz yummasını tənqid etməsi yerində və düzgün idi.

Rzayevin sözlərinə görə, məsələyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın reaksiya verməsi də tənqidi mövqenin düzgün olduğunu sübut edir: 

"Mariya Zaxarova bildirdi ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətindədir və sülhməramlıların xarici vətəndaşları da Qarabağa buraxmaq hüququ var. Zaxarova bu fikrini söyləyən zaman 10 noyabr bəyanatının 6-cı bəndinə istinad edir.

Ancaq razılaşmanın 6-cı bəndində "xarici vətəndaşlar” qeydi yoxdur. Əgər belə qeyd olsa idi, Azərbaycan tərəfi hər dəfə xarici vətəndaşların icazəsiz səfərinə qarşı çıxmaz, narazılığını bildirməzdi. Digər tərəfdən, Prezident İlham Əliyev də dəfələrlə çıxışında bu məsələ ilə bağlı qeyd edib ki, Qırmızı Xaç Komitəsi istisna olmaqla, heç bir beynəlxalq təşkilat nümayəndəsi Bakının icazəsi olmadan Qarabağa səfər edə bilməz”.

T.Rzayev hesab edir ki, əslində Zaxarova son çıxışı ilə Valeri Pekresin Qarabağa gizli səfərinə ruslar tərəfindən razılıq verildiyini etiraf edib və bununla Rusiyanın Qarabağa yerləşdirdiyi hərbi kontingentin öz missiyasından kənara çıxdığını, Azərbaycanın suveren hüquqlarına məhəl qoymadığını, özünü sülhməramlı deyil, işğalçı ordu kimi apardığını təsdiqləmiş olub.

Siyasi şərhçinin qənaətincə, Zaxarova bu cür açıqlaması ilə həm də Azərbaycanın Laçın dəhlizinə nəzarət etmək istəyindən narahat olduqlarını göstərir: 
"Halbuki BMT-nin qəbul etdiyi təcrübəyə əsasən, sülh əməliyyatı, sülhəməcburetmə əməliyyatından fərqli olaraq, kontingentin yerləşdiyi ölkənin suverenliyinə məhdudiyyət qoymur. Bu, yalnız BMT TŞ-nin xüsusi qətnaməsi əsasında həyata keçirilə bilər.

Sülhməramlıların vəzifəsi müvəqqəti məsuliyyət zonasında hüquq-mühafizə və təhlükəsizlik funksiyası ilə məhdudlaşır”.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...