Zaqatalada bir gündə 2 nəfərə it hücum etdi

Zaqatalada bir gündə 2 nəfərə it hücum etdi

Zaqatalada biri azyaşlı olmaqla iki nəfəri it dişləyib.

Sfera.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında rayonun Höytala kənd sakini, 2015-ci il təvəllüdlü Seyidəhməd Abdulla oğlu Xiniyev it dişləməsi xəsarəti ilə Zaqatala rayon Mərkəzi Xəstəxanasına daxil olub. 

Tibb müəssisəsindən bildirilib ki, müayinə zamanı 4 yaşlı S. Xiniyevə sağ ayağın topuq nahiyəsinin it dişləməsi diaqnozu qoyulub.  Azyaşlıya lazımi tibbi yardım göstərilib. O, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərtiylə evə buraxılıb. 

Daha bir it dişləməsi faktı isə rayonun Yuxarı Çardaqlar kəndində baş verib. Belə ki, kənd sakini, 1959-cu il təvəllüdlü Həlmət Abdulqadir qızı Əhmədova xəstəxanaya müraciət edib.  İt onu sağ əlindən dişləyib. Xəstəxanada H. Əhmədovaya lazımi tibbi yardım göstərilib. Quduzluq əleyhinə peyvənd vurulduqdan sonra qadın evə buraxılıb.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...